Kamran Meydanəli

Kamran MeydanəliVideo editor (montajçı), Rejissor, Aktyor,

  • Bakı şəhəri

Haqqında

Anadolu Universitetində kino və televiziya üzrə magistr təhsili alıram. Əvvəllər Bakıda İncəsənət Universitetində rejissorluq və aktyorluq ixtisası üzrə təhsil almışam. 7 qısametrajlı film, musiqi klipləri və qısametrajlı sənədli filmlər çəkmişəm. 2016-cı ildə 2 həftə “Bond Street Teatr”da aktyor olaraq iştirak etmişəm. 2015-2019-cu illər arasında aktyorluq, sənədli film, kino və televiziya sahələrində ustad dərslərində iştirak edərək özümü təkmilləşdirdim. Bu inkişaf kurslarını Polşa, Türkiyə, Amerika, Belçika, Rusiya Azərbaycan kimi müxtəlif ölkələrin peşəkarlarından almışam. 2017-ci ildə “Koleydoskop” filmim “Azərbaycan Gənclər Film Festivalı”nda 1-ci mükafata layiq görülüb. 2021-ci ildə Türkiyənin TRT1 kanalında yayımlanan "Gönül Dağı" tv serialının 40-cı bölümündə aktyor kimi rol almışam. 2015-ci ildən çalışıb inkişaf etdiyim üçün video işini çox yaxşı bilirəm. Öz filmlərimlə yanaşı, bir çox rejissor dostlarımın filmlərini, ödənişli youtube videolarını, tur videolarını montaj etmişəm.Görəcəyim işlərə sonuna qədər cavabdehəm.

Rəylər