16 Saylı Ərazi Məşğulluq Filialı (Saatlı, Sabirabad, İmişli, Cəbrayıl)

Şirkət haqqında
Əmək haqqı
1000-1600

İş haqqında

Vakant vəzifələr: Mütəxəssis və orta idarəetmə vəzifələri
Əmək haqqı: 1000-1600 (vergilər daxil olmaqla)

Vəzifə funksiyaları:
- Müvafiq qayda, təlimat və standartlara uyğun olaraq Ərazi Məşğulluq filiallarına müraciət edən şəxslərə aidiyyəti üzrə məşğulluq xidmətlərinin göstərilməsi;
- İşsiz şəxslərin özünüməşğulluğuna kömək məqsədilə işsiz şəxslərə məsləhətlərin və məlumatların verilməsi;
- Əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə yardımın göstərilməsi;
- Vətəndaşlardan daxil olan təklif, ərizə və şikayətlərə baxılması, onlara vaxtında cavab verilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada digər tədbirlərin görülməsi;
- Vətəndaşlardan daxil olan sənədlərin düzgünlüyünün yoxlanılması və onların qəbul edilməsi;
- Zərurət yarandıqda vətəndaşlara iş və ya yaşayış yerlərində, habelə olduqları yerlərdə müvafiq səyyar xidmətlərinin göstərilməsi;
- Müraciət aidiyyəti üzrə olmadığı hallarda müraciət edən şəxslərə müvafiq istiqamətlərin verilməsi;
- Müvafiq sahədə xidmətlərin təkmilləşdirilməsi, habelə innovasiyaların tətbiqi ilə əlaqədar təkliflərin verilməsi;
- Qanunvericiliyə əsasən vəzifə üzrə digər funksiyaların həyata keçirilməsi.

Vəzifənin tutulmasına dair tələblər:
- Təhsil tələbi: (İqtisadiyyat, İdarəetmə, Sosial elmlər və ya oxşar sahələr);
- İş stajı: vətəndaşlara xidmət və sosial sahədə iş təcrübəsi olan əməkdaşlara üstünlük verilir;
- Dil bilikləri: dövlət dili (sərbəst), rus və ingilis dili (arzuolunandır);
- Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə).

Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
- Məsuliyyətlilik;
- Etibarlılıq, dürüstlük;
- İnkişaf yönümlü və innovativlik;
- Operativlik, çeviklik;
- Təşəbbüskarlıq;
- Nəticəyə hədəfli;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “16 Saylı Ərazi Məşğulluq Filialı (Saatlı, Sabirabad, İmişli, Cəbrayıl)” qeyd etməklə göndərmələri xahiş olunur.

Həmçinin CV-lərinizi https://www.cvyarat.az/ platformasında da yaradaraq göstərilən vakansiyaya müraciət edə bilərsiniz. Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 2021.12.10