1C administrator

Şirkət haqqında
Əmək haqqı
2000

İş haqqında

Vakansiya haqqında məlumat:
- 1C ERP-də istifadəçilərin yaradılması, onlara hüquqların verilməsi, işdən azad olunmuş işçilərin 1C ERD-də blok edilməsi.
- Ərazidə işləyən satış təmsilçiləri və məhsulçatdıran əməkdaşlar üçün mobil cihazlara Агент+КПД (Качественное Построение Дистрибьюции) proqram təminatının yazılmasını və 1C ERP proqram təminatına qoşulmasını təmin etmək
- Агент+КПД proqram təminatında lazım olan düzəlişləri təmin otmək.
- Ərazidə işləyən əl terminallarında və regionda olan planşetlərdəki proqram təminatında çıxan problemləri həll etmək.
- Ayın bağlanması üçün 1C ERP -də bütün əməkdaşların üzə çıxan problemlərinin həll olunması və bütün sənədlər işləndikdən sonra 1C ERP bazada qarşı şirkətə təhvil verilməsini təmin etmək.
- 1C ERP-də da qadağalara və ayın bağlanmasından sonra heç kimin köhnə ayda əməliyyat edə bilmədiyinə nəzarət etmək.
- Ayın baglanmasından sonra “Maya dəyəri” və “İstehsalat” üzrə qiymətlər siyahısının yaradılması.
- 1C ERP -də yeni dəyişiklik və ya yeni modul üçün lazım olan informasiyanı yığıb texniki tapşırıgı 1C proqramı üzrə əməkdaşlıq edilən şirkətə göndərmək, həmin iş təsdiqləndiyi təqdirdə istifadəçiyə təhvil vermək.
- Yeni yaradılmış hazır məhsulu 1C ERP -də aktiv etmək, onun üçün ştrix kod yaradıb kəsim emal zavodunda olan tərəzilərə saldırmaq. Hazır məhsul anbarında əl terminalarında yoxlanışdan və işləməsinə nəzarət etmək. Həmçinin resurs xüsusiyyətlərinin 1C ERP-də yaradılmasını həyata keçirmək.
- 1C ERP-də yenilənmə olduğu təqdirdə ilk növbədə şirkətin əməkdaşları ilə əlaqə saxlayıb vaxt təyin etmək və əməkdaşlıq edilən şirkətə yenilənmə vaxtını bildirmək.
- Bir müddət sonra 1C ERP bazasında arxivin IT xidməti üzrə əməkdaşlıq edilən şirkətdən alınaraq rezerv server-də bərpa olunmasını təmin etmək. Bərpa zamanı bir problem yaranarsa IT xidməti üzrə əməkdaşlıq edilən şirkətə məlumat vermək.
- 1C ERP ilə əlaqədər istifadə olunan avadanlıqlar barədə sifarişin yazılması.
- 1C ERP istifadəçilərinə lazım olan hesabatların yığılması və ya düzəlişi.
- 1C ERP -dən yeni iştifadəçilərə təlim keçirilməsinin təşkil edilməsi.
- Məlumat əsasında olan düzəlişlərin görülməsi.
- İstifadəçilərdə yaranan gündəlik sualların cavablandırılmasında köməklik göstərmək
- 1C Server-də IT xidməti üzrə əməkdaşlıq edilən şirkətə və ya 1C proqramı üzrə əməkdaşlıq edilən şirkətə lazım olan köməkliyin göstərilməsini təmin etmək.
- Hər ayın sonu 1C proqramı üzrə əməkdaşlıq edilən şirkətdən gələn təhvil-təslim sənədinin yoxlayıb təsdiqləmək.
- Helpdesk-ə ünvanlanan 1С proqramı ilə bağlı bəzi sorğuların icra olunmasını təmin etmək.
- Müdriyyət tərəfindən gələn təlimatları yerinə yetirmək.
- Tələb olunan digər tapşırıqlar.
- Ümumi məxfiliyi qorumaq

Vəzifəyə dair tələblər:
- 1C ERP proqram təminatı və 1C üzrə inzibatçılığı üzrə 3 il iş təcrübəsi
- MS Office proqramları biliyi
- MS Windows əməlliyat sistemləri üzrə inzibatçılıq
- MS SQL verilənlər bazası haqqında biliklər
- 1C proqram təminatı üzrə əsas biliklər
- İnformasiyya texnologiyalarının helpdesk səviyyəsində biliklər
- Ezamiyyətlərə açıq olmaq
- İş yeri: Bakı şəh, Əli Vəliyev küç 1
- Əməkhaqqı: 2000 (net)
- 5 günlük iş qrafiki

Vakansiyaya uyğun olan namizədlər CV-lərini hr@apc.az ünvanına mövzuda 1C administrator yazaraq göndərə bilərlər.
Son müraciət tarixi: 2021-09-29