1C Dəstək xidməti üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

- Böyük ERP layihələrində iştirak
- 1C:KA2 və 1C: ERP 2-nin inteqrasiyasında iştirak və sonradan dəstək xidmətinin göstərilməsi
- 1C konfiqurasiyalarının müştəri tələblərinə uyğunlaşdırılmasında əməkdaşlıq
- 1C:Enterprise 8.3 platforması əsasında sistemin inkişafına cəlb olunması
- Mövcud sistemlərin dəstəklənməsi

Tələblər:
- Kompüter texnologiyaları və ya iqtisadiyyat üzrə bakalavr və ya magistr dərəcəsi
- 1C:Enterprise 8.3 proqramlaşdırma bacarıqları (mövcud konfiqurasiyaların sonrakı inkişafı, xarici hesabatların və emalların işlənməsi);
- Sistem üzrə dəstək sahəsində ən azı 2 və daha artıq il müvafiq təcrübə
- Standart konfiqurasiyalardan birində biliklər (1C:KА 2, 1C:ERP 2);
- Böyük verilənlərlə iş bilikləri;
- Güclü şəxsi təşkilatçılıq və vaxtın idarə edilməsi bacarıqları
- Komanda rəhbərliyi təcrübəsi
- Tipik konfiqurasiyalar arasında məlumat mübadiləsi mexanizmlərinin iş prinsiplərini başa düşmək.
- Qeyri-standart konfiqurasiyaların işlənib hazırlanması, yenilənməsi təcrübəsi.
- Ticarət avadanlıqları - kassa aparatları, barkod skanerləri və s. ilə təcrübə.
- 1C – in sahəvi (və ya qeyri-sahəvi) konfiqurasiyalar haqqında biliklər

Üstünlük verilir:
- 1C və Microsoft sertifikatlarının olması arzuolunandır
- Bir və ya bir neçə aparıcı ERP proqram təminatının tətbiqi təcrübəsi
- Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti (istənilən digər dillər üstünlükdür);

Digər şərtlər:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq qeydiyyat.
- Sınaq müddəti 3 ay.
- İş qrafiki: Bazar ertəsi - Cümə 09:00-18:00.

CV-nizi e-mail ünvanına göndərməyiniz xahiş olunur
Son müraciət tarixi: 2022.05.29