1C ERP administrator

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Tələblər:
- Təhsil səviyyəsi: Proqramlaşdırma İT və ya texniki elmlər sahəsində Ali təhsilinin olması.
- İş təcrübəsi: Proqramlaşdırma, İT sahəsində aşağıdakı tələblərə uyğun gələn vəzifədə 2 -3 il iş təcrübəsi.
- Dil bilikləri: Azərbaycan (əla), ingilis (texniki səviyyə), rus (elementar səviyyə),türk(yaxşı)
- Ezamiyyət: Tələb olunur

Vəzifədən gözləntilər:
- Şirkətin əməkdaşlarının proqram təminatına sürətli və fasiləsiz şəkildə qoşulması;
- Bölmələr arası proqram üzərində məlumat gizliliyinin təşkil olunması;
- Kampaniyaların düzgün və zamanında proqram təminatına tanıdılması;
- Əməkdaşların proqram təminatından effektiv istifadə edilməsinə köməklik göstərməsi;
- İşdən çıxan əməkdaşın program təminatına olan giriş icazələrinin ləğv olunması;
- Yeni işə qəbul olunan əməkdaşa vəzifəsinə uyğun olaraq proqram təminatında işləmək üçün təlimat vermək;
- İstifadəçi adlarının verilməsi;
- Əlavə icazələrin verilməsi;
- Hesabat , çap formaları və ekranlarda düzəliş edilməsi və ya yeni bir istəklə bağlı müraciət;
- Yeni proqram və kommunikasiya xidmətlərini təhlil etmək və onların nəticəsi barədə təkliflər vermək;
- İnformasiya təhlükəsizliyinin qorunmasının təmin edilməsi məqsədi ilə müvafiq tədbirlər görmək;
- 1С 8.3 informasiya sisteminin istifadəçi təminatı və dəstəklənməsi;
- İstifadəçilərin 1C-də yaranan problemlərini həll etmək və onları təlimləndirmək;
- 1C bazasının işinin təhlili və optimallaşdırılması;
- Verilənlər bazasının avtomatlaşdırılmış informasiyasının bütövlüyü, etibarlılığı və təhlükəsizlyinə nəzarət etmək;
- 1C bazasının idarə edilməsi (yenilənmə, rezerv nüsxə yaradılması, istifadəçi hesabı yaradılması və iş vaxtı verilən məsələləri həll etmək, hesabatlılıq və s.).

Vəzifə üzrə səriştələr:
- Problemləri həll etmə bacarığı
- Məsuliyyətlilik
- Ünsiyyət qurmaq bacarığı
- Detallara fikir vermək qabiliyyəti
- Analitik düşünmə

İş Şərtləri:
- Əmək haqqı: Razılaşmaya uyğun olaraq
- İş rejimi: 5 gün (həftəiçi)
- Servis: Var
- Yemək: Var

Maraqlananların emaildə “1C ERP administrator” yazaraq CV-lərini göndərməyi xahiş olunur.