Administrator Kassir

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- Mağazanın vaxtında açılıb-bağlanmasını təmin edir
- Mağazada təmizliyə və səliqəyə nəzarət edir
- Mağazada inzibati işləri idarə edir
- Kassa əməliyyatlarını icra edir
- Mağazada müştəri xidmətinin yüksək standartlarına uyğun xidmət göstərir
- Günün yekun hesabatını aparır, təhvil veriləcək pulun mühafizəsini təmin edir, pulu və POS-terminal qəbzlərini aidiyyatı üzrə təhvil verir
- Məhsulları mağazaya qəbul edir və təftiş zamanı iştirak edir
- Mağazada mövcud olan məhsulun, inventarın saxlanması və yerdəyişməsinə nəzarət edir
- Qiymət etiketlərinin uyğunluğuna və mövcudluğuna nəzarət edir

Əsas tələblər:
Təhsil:
- Maliyyə/İqtisadiyyat və ya digər müvafiq sahədə Ali təhsil

Təcrübə:
- Administrator - Kassir kimi 2-3 il iş təcrübəsi

Professional Biliklər:
- Kassa aparatı və Pos terminalın istismar qaydaları
- Müştəri xidmətinin əsasları
- Rus dilləri mükəmməl, İngilis dili arzuolunandır
- MS Office və satış Proqramlarını bilmək

Professional Bacarıqlar və Kompetensiyalar:
- Məsuliyyət
- Detallara diqqət
- Nizam-İntizam
- Stressə davamlılıq

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Administrator Kassir” qeyd edərək recruitment.sales@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 2021-09-15