Administrator

Şirkət haqqında
Əmək haqqı
700

İş haqqında

İşin təsviri:
- Lounge və kabinetlərdə xidmət sisteminin düzgün idarə etmək;
- Banket xidmətini düzgün qurmaq;
- Restoran, bar və banket xidmətinin səmərəli fəaliyyətinin planlaşdırılmaq və təşkil etməklə yanaşı tabeçiliyində olan personalın effektiv fəaliyyətinin təşkili və motivasiyasının təmin etmək;
- Müştəri məmnuniyyətini saxlamaq və hər bir qonağa “fərdi yanaşma” prinsipi əsasında yüksək səviyyədə xidmət göstərmək;
- İşçi heyətinin şəxsi gigiyenasına, əməyinin mühafizəsinə və təhlükəsizliyinə nəzarət etmək;
- Müəssisənin daxili siyasətinə uyğun olan hesabatı hazırlamaq;
- Kadr hazırlığı və komandada adaptasiya mühitini təşkil etmək;
- Gündəlik işçi heyətinə təlimlər keçmək;
- Şəxsi heyət arasında məqsədləri və tapşırıqları müəyyənləşdirmək, məsuliyyəti bölüşdürmək eyni zamanda ilkin və yekun nəticəni aidiyyatı şəxslərə təqdim etmək;
- Mətbəxlə koordinasiya etmək şərtilə təchizat standartlarını bəlli etmək və yönləndirmək;
- Ərzaq və xammalın keyfiyyətini qorumaq, maddi qiymətlilərin qorunmasına və uyğun şəkildə saxlanmasına nəzarət etmək;
- Təmizlik, təhlükəsizlik, xidmət funksiyalarının doğru yerinə yetirilməsi üçün qaydalar müəyyən etmək, onları prosedurlar halına gətirmək və icrasına nəzarət etmək;
- İşçi heyəti arasında rəqabətli mühit yaratmağı təmin etmək;
- İşçi heyətin vəzifələri və vaxt qrafikini təşkil etmək və planlaşdırmaq;
- Satışın və ödənişlərin qeydiyyatına nəzarət etmək;
- Qonaqlarn rezervasiyasının düzgün şəkildə tənzimlənməsinə nəzarət etmək;
- Depozit sistemini düzgün idarə etmək;
- Komanda üçün qaydalar, prosedurlar müəyyənləşdirmək və onların icrasına nəzarət etmək.

Tələblər:
- Ali təhsil üstünlükdür;
- Banket xidməti üzrə təcrübə;
- Lounge və kabinet sistemində təcrübəli olmaq mütləqdir;
- Təlim vermə üzrə təcrübə mütləqdir;
- Administrator üzrə 3-5 il arası iş təcrübəsi mütləqdir;
- Liderlik, təşəbbüskarlıq, rahatlıq və adaptasiya kimi xüsusiyyətlərə sahib olmalı;
- Azərbaycan dili – sərbəst, ingilis dili və rus dili arzu olunandır;
- Ofis proqramlarından anlayışı olmalı.

Şərtlər:
- Əmək haqqı: 700 AZN + aylıq ümumi satışın 0.5%-i;
- İş qrafiki: 10 saat;
- AR ƏM uyğun işə qəbul;
- Həftədə bir gün istirahət;
- Nahar şirkət tərəfindən qarşılanır.

Maraqlanan namizədlər öz şəkilli cv-lərini hr@atmosphere.az elektron ünvanına mövzu yerinə “Administrator” qeyd olunmaqla göndərərək müraciət edə bilərlər.
Son müraciət tarixi: 2021-05-30