Aktuar hesablamaları şöbəsinin mütəxəssisi

Şirkət haqqında
Əmək haqqı
400

İş haqqında

Namizədə tələblər
- Yaş: 21-30
- Riyaziyyat, Maliyyə və Statistika sahəsində Ali təhsil
- Azərbaycan dili (əla),Rus və İngilis dilləri (arzuolunandır)
- Kompyuter proqramlaşdırılması sahəsində baza biliklərə malik olmaq
- Microsoft Office proqramlarını bilmək (xüsusilə Excel)

Əsas vəzifə öhdəlikləri
- Aktuar hesablamaları üçün lazım olan məlumatların yığılması və təhlil olunması;
- Zərərlərlə bağlı fayllara nəzarətin həyata keçirilməsi;
- Uzunmüddətli sığorta müqavilələri üzrə qəbul edilmiş öhdəliklərin və onların maliyyə təminatlarının adekvatlığına nəzarət;
- Sığorta məhsullarının qüvvədə olduğu müddətdə onlar üzrə riyazi ehtiyatların hesablanması;
- Sığorta portfelinin optimallığına nəzarət, zərərlilik əmsallarının hesablanması;
- Underwriterlərdən daxil olan tələblər üzrə lazım olan tariflərin hesablanması;
- Mövcud portfel və ayrı-ayrı risk qrupları üzrə orta ölçülü tarifi hesablamaq;
- Sığorta şəhadətnamələri və onlara edilən əlavələr üzrə sığorta haqlarının alqoritmini hazırlamaq və yoxlamaq;

Şəxsi keyfiyyətlər
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

İş şərtləri
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı 09:00 - 17:30
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Əmək haqqı :400 azn

Məlumatlandırıcı qeydlər
- Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
- CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
- Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
- İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
- Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
- CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Maraqlananlar öz CV formalarını recruiting@ateshgah.com ünvanına göndərə bilər.
Son müraciət tarixi: 2021-08-11