Anbar Logistikası üzrə şöbə rəhbəri

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

- Şirkətin mərkəzi anbarında və filiallarında səmərəli təchizat zəncirinin qurulmasını təmin edir;
- Anbar logistikası üçün xərclərin qiymətləndirilməsini və təhlilini aparır.Büdcə idarəetməsi və logistika xərclərinin optimallaşdırılmasını, logistika prosesləri ilə əlaqəli maliyyə axınlarının koordinasiyasını və istiqamətini müəyyənləşdirilməsini həyata keçirir;
- Anbarların dövriyyəsinə və anbar tutumuna ehtiyacın müəyyənləşdirilməsinə nəzarət edir;
- Anbarlarda işçilərin məhsuldarlığına nəzarət və onun artırılması üçün qərarların təhlil edilməsində iştirak edir;
- Yeni logistika texnologiyalarının layihələndirilməsi və təhlilini, həmçinin mövcud logistika sistemlərinin optimallaşdırılmasını həyata keçirir;
- Anbar logistikası üçün metodoloji və tənzimləyici materialların hazırlanması və tətbiqini həyata keçirir, funksiyaların və əməliyyatlarının təyin edilməsinə, hazırlanmış metodiki və tənzimləyici materialların tədbiqinə nəzarət edir.

Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil (İqtisadi,texniki)
- İnzibati Anbar Logistikası sahəsində minimum 3 il iş təcrübəsi. Anbar avtomatlaşdırma layihələrində iştirak və Anbar idarəçiliyi üzrə təcrübə.
- Dil bilikləri: Azərbaycan – əla, Rus dili - əla
- Ofis proqramlarında, xüsusi ilə yüksək Excel və Power Point bilikləri;
- Peşə bacarıqları:
- Təşkilatçılıq və İdarəetmə;
- Yüksək analitik və riyazi bacarıqlar;
- Logistika sisteminin fəaliyyətini qiymətləndirmək üçün massiv göstəriciləri təyin etmək bacarığı;
- Sistemli yanaşma, strateji və taktiki iş planlama bacarığı;
- Logistik biznes-prosesləri, anbar prosedurları və texnologiyaları üzrə biliklər;
- Biznes danışıqları aparma bacarığı;
- İş analizi və xidməti fəaliyyətin qiymətləndirilməsi bacarığı;
- Logistik proseslərlə bağlı büdcə idarəedilməsi və xərc analizi bacarığı.

Maraqlananlar CV-lərini vacancy@avromed.az elektron ünvanına 29.04.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Anbar Logistikası üzrə şöbə rəhbəri” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.