Anbar Meneceri

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Şöbə: Əməliyyatlar Şöbəsi
İş Yeri: Bakı Logistika Mərkəzi

Əsas Öhdəliklər:
- Anbarda və mağazada olan materialların,inventarların və əsas vəsaitlərin miqdarının hesabat üzrə qalıqla faktiki qalığın dəqiq olmasına cavabdehdir.
- Anbarda məhsulların səliqəli yığılması,yağışın və günəşin təsirindən zay ola biləcək materialların qorunması.
- Gündəlik mədaxil və məxaric olan məhsulların/malların sənədləşdirilərək analitik uçot əsasında ümumi cədvələ işlənməsi, hər ayın sonunda aylıq hesabatın tərtib edilərək mühasibatlığa təqdim edilməsi.
- Sayım zamanı, sayım qrupunun iş prosesinə nəzarətin olunması, onlar tərəfindən buraxılmış fiziki səhvlərinin vaxtı vaxtında aşkar olunması və düzəldilməsi
- Anbarda olan malların kateqoriya üzrə yerləşdirilməsi;
- Satış zalında çatışmayan malların kateqoriya, fəsil, ölçü və s. üzrə doldurulması prosesi
- Mal qəbulunun dərhal, dəqiq və düzgün şəkildə təmin edilməsi və mal/məhsulların satış üçün hazır vəziyyətinə gətirilməsi prosesini icra etmək
- Mağazalar və Baş Anbar arası mal/məhsulların şirkət tərəfindən qoyulmuş qaydalara əsasən, vaxtı vaxtında icra olunması və köçürülməsi prosesinə nəzarət
- Anbarın səliqəliyinə və təmizliyinə riayət etmək
- Anbardakı malların dövriyyəsinin analizi etmək
- Məhsulun qəbulunu, qəbul edilən məhsulların siyahı üzrə yoxlanılmasını, malları dəst şəklində tam olmasını və qəbul olunan malların anbarda nəzərdə tutulan zonalara yerləşdirilməsini təşkil etmək;
- Sifarış tələbi əsasında anbardan mal çıxışını təşkil etmək;
- Məhsulların hərəkəti ilə bağlı bütün əməliyyatları prosedurlar üzrə tələb olunan sənədlər əsasında icra etmək (qaimə, aktlar və.s.) və sənədləri arxivləşdirmək;
- Aylıq stok sayımınında iştirak etmək, stokda olan çatışmamazlıqları müəyyən etmək və müvafiq hesabat hazırlamaq;

Tələblər və bacarıqlar:
- Satış sahəsində (Anbarda) ən azı 1 il iş təcrübəsi
- Azərbaycan dilini səlis bilmək (Rus dili arzuolunandır)
- Səbrli və gülərüz
- Stressə davamlılıq

Maraqlanan namizədlərdən CV-lərini mövzu yerinə “Anbar Meneceri” yazaraq göndərməyinizi xahiş olunur.
Son müraciət tarixi: 2021.12.29