Anbar mühasibi

Şirkət haqqında
Əmək haqqı
600

İş haqqında

Vəzifə: Anbar mühasibi
İşəgötürən: Qartal Tikinti Firması
Əmək haqqı: 600 AZN

Tələblər:
- Uyğun sahədə ali təhsili olmalı;
- Sumqayıt şəhərində yaşayan xanım namizəd olmalı;
- Mühasibat sahəsində ən azı 2 il iş təcrübəsi olmalı;
- Mühasibat sahəsi üçün qanunvericilik aktlarından anlayışlı olmalı;
- Kompyuter biliyi (1C7.7, Excel, Word, Outlook və s.);
- İşində dəqiq, məsuliyyətli, işgüzar olmalı;
- Yaş həddi: 22-35.

İş haqqında məlumat:
- Anbar mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
- 1C 7.7 versiyada anbara mədaxil və məxariclərin işlənməsi;
- Anbar qalığının hazırlanıb, təqdim edilməsi;
- Yanacaq hesabatının hazırlanması, nəqliyyat vasitələri üzrə silginin aparılması;
- Avtomobil ehtiyat hissələrinin mədaxil və məxaric sənədlərinin hazırlanması və maşınlara silinmə aktının hazırlanması;
- Yeməkxana hesabatının hazırlanması;
- Direktorun verdiyi digər tapşırıqların icra edilməsi.

İşçi üçün şərait:
- Namizəd iddia etdiyi minimum əmək haqqını CV-də bildirməlidir;
- Firma tərəfindən nahar və korporativ nömrə təmin olunur;
- İş günləri: 5 günlük iş həftəsi, saat 09:00-18:00 təyin edilir;
- İş yeri Sumqayıt şəhərindədir.

Əlaqə vasitələri:
Namizədlərin CV-lərini [email protected] e-mail adresinə, mövzu hissəsində “Anbar mühasibi” yazmaqla göndərmələri xahiş olunur.

Qartal Tikinti Firmasının ünvanı: Koroğlu prospekti 278, 48-ci məhəllə, Sumqayıt, AZ-5011
Əlaqələndirici şəxs: Tural Məmmədov
Telefon: +994 50 235 48 67

Son müraciət tarixi: 2021-07-10