Anderrayter/ korporativ kreditlər

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Tələblər:
- iqtisadiyyat və maliyyə sahəsində ali təhsil;
- bank sektorunda korporativ kredit təhlili sahəsi üzrə iş təcrübəsi (azı bir illik);
- bank kreditləşdirilməsi sahəsində biliklər, maliyyə, kredit və portfel təhlilinin aparılması;
- Azərbaycan Respublikasının Mərkəzi Bankın normativ xarakterli aktlarına bələd olma;
- rus və Azərbaycan dillərində səlis danışmaq (ingilis dili arzuolunandır), bu dillərdə işgüzar yazışma aparmaq bacarığı;
- MS Office proqramında işləmək bacarığı (Word, Excel, Access);
- məsuliyyətlilik, operativlik, ünsiyyətcil olma və komandana işləmək bacarığı.

Vəzifələri:
- korporativ kredit məhsullarının risk analizi;
- müştərilərin maliyyə vəziyyəti ilə bağlı risklərin təhlili;
- müştərilərin kreditləşdirilməsinin limitlərinin hesablanması, Mərkəzi Kredit Reyestri ilə iş;
- borcalanların yoxlanması/təhlili (telefonla, internet resurslar).

Tələblərə uyğun namizədlərdən şəxsi anket formasını elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).
Son müraciət tarixi: 2022.01.26