Aparıcı biznes analitik

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- Layihə çərçivəsində istifadəçi tələblərinin toplanması üçün müştəri ilə görüş və analitik intervyuların həyata keçirilməsi;
- İstifadəçinin tələbləri əsasında lazımi qanunların və müştərinin müəssisə daxili qaydalarının öyrənilməsi və bu əsasda analiz işlərinin həyata keçirilməsi;
- İstifadəçinin tələbləri əsasında sistemin məntiqi dizaynının, müxtəlif tipli diaqramların, sxemlərin və istifadəçi interfeysi eskizlərinin hazırlanması;
- Müştərinin biznes proseslərinin öyrənilməsi, müvafiq diaqram metodları ilə modelləşdirilməsi və analiz edilməsi;
- İstifadəçi tələblərinin analizi nəticəsində Sistem Tələblərinin Spesifikasiyasının (Analiz sənədi) hazırlanması və müştəri ilə razılaşdırılması;
- Sistemin proqramlaşdırma mərhələsində sistemin tələbləri və Analiz sənədinin təhlili ilə bağlı proqramçılara lazımi informasiya dəstəyinin göstərilməsi;
- Sistemin tətbiqi mərhələsində müştəriyə lazımi təlimlərin verilməsi və istifadəçi təlimatlarının hazırlanması.

Namizədə tələblər:
- Ali təhsil (İnformasiya və kommunikasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük verilir);
- İT sahəsində biznes analitik və ya sistem analitiki vəzifəsində ən azı 2 il iş təcrübəsi;
- Proqram təminatının tətbiqi layihələrində iş təcrübəsi;
- Biznes sahəsi və biznes proseslərin idarə edilməsi sahəsində bilik və təcrübə;
- Proqramlaşdırmanın və VBİS-nin əsaslarını bilmək;
- İstifadəçinin tələbləri əsasında müxtəlif tipli diaqramların, blok-sxemlərin, interfeys eskizlərinin hazırlanmasında bilik və təcrübə;
- Sistem Tələblərinin Spesifikasiyası (Analiz sənədi) və digər sənədlərin hazırlanmasında iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), Rus dili (yaxşı);
- Analitik düşüncə tərzi, komandada işləmə və ünsiyyət qurma bacarığı.

İş şərtləri və şəraiti:
- Tibbi sığorta
- Mükafat və bonus sistemi
- Əmək haqqı – namizədin bilik, bacarıq və təcrübəsinə əsasən razılaşma yolu ilə təyin olunacaq.

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Aparıcı biznes analitik” mövzusu altında hr@cybernet.az elektron ünvanına göndərə bilərlər.

Son müraciət tarixi : 2021-04-02