Aparıcı mühasib

Şirkət haqqında
Əmək haqqı
800

İş haqqında

- Həftə içi 5 gün stabil iş rejimi (saat 09:00-dan 18:00-dək), şənbə günü qısa iş günü (09.00 -15.00), bazar istirahət günü
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
- BTP proqramı, 1 C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi (e-gov.az,e-taxes.gov.az və digər portallardan istifadə etmək )
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
- Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət
- E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
- ƏDV,ÖMV, sadələşmiş gəlir, mənfəət, DSMF, statistika, məşğulluq və hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi
- Gömrük işlərinin aparılması, məhsulların rəsmi sənədləşməsinə nəzarət
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
- Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi

Namizədə tələblər:
- Maliyyə-mühasibatlıq sahəsi üzrə Ali təhsil və ən az qeyd edilən vəzifə üzrə 3-5 il iş təcrübəsi (tikinti-quraşdırma sahəsində iş təcrübəsi ) həmçinin 25-35 yaş arası kişi namizədlər CV göndərə bilər
- Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilmək
- AR-sı Əmək və Vergi məcəlləsini, həmçinin tələb olunan digər qanunvericilik aktlarını bilmək
- Milli mühasibat uçotu standartlarını bilmək
- Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı
- Balansın çıxarılması üzrə biliklərə sahib olmalı.
- Əmək haqqı: 800 AZN.

Vakansiya üçün müraciət etmək istəyən uyğun namizədlər öz CV formasını elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində “Aparıcı mühasib” sözləri qeyd edilməlidir). Yuxarıda göstərilən tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılıb müsahibə mərhələsinə dəvət olunacaq.

Son müraciət tarixi: 2022.10.13