Apteklər üzrə koordinator

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Tələblər:
- Ali TİBBİ təhsil;
- Aptek və dərman sahələri üzrə minimum 5 il iş təcrübəsi;
- Azərbaycan və Rus dilləri üzrə sərbəst biliklər;
- Kompüter bilikləri (Excel üzrə mükəmməl biliklər);
- 1C proqramı ilə sərbəst işləmə bacarığı;
- İdarəetmə və ünsiyyət qurma bacarığı.

Öhdəliklər:
- Apteklərə dərman sifarişlərinin verilməsinə nəzarət etmək
- Apteklərdə olan dərman vasitələrinin çeşidlərinin tamlığına nəzarət
- Aptekdə olan dərman preparatlarının son istifadə tarixinə gündəlik nəzarət olunması
- Apteklərdə dərman preparatlarının saylarına nəzarət və artıq yüklənmələri tənzimləmək
- Dərman preparatlarının tələbə uyğun olaraq apteklər arasinda yerdəyişməsini təmin etmək və baza sistemində yerləşdirmək
- Apteklərə tələb olunan vakant yerlərə namizədlərin bilik səviyyəsinin yoxlanılması
- Rəqib aptek şəbəkələrində dərman vasitələrinin çeşidlərinə dair bazar araşdırması
- Apteklərin satış dövriyyəsinin artırılmasına dair uyğun təkliflərin hazırlanması və əsaslandırılmış formada layihə rəhbərinə təqdim olunması
- Satınalma menecerləri ilə əlaqəli səkildə dərman vasitələrinin sirkətin tələblərinə uyğun olaraq vaxtinda təhvil verilməsinə nəzarət etmək
- Apteklərin sığorta şirkətləri ilə işinə nəzarət
- Apteklərdə satılan dərman vasitələrinin bilavasitə sığorta tələbinə uyğun olmasına nəzarət

1. Satılan dərman vasitələrinin aptek daxilində hesabatlarının aparılması
2. Apteklərdə işçilər tərəfindən siğortaya səhvən satılmış dərman vasitələrinin araşdırılması, işçilərə açıqlamaların verilməsi və tutulmaların aparılması
3. Sığorta hesabatlarının müvafiq siğorta şirkətləri ilə üzləşməsi və hesabatlarının layihə rəhbərinə təqdimatını icra etmək

İş şəraiti:
- İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Zərifə Əliyeva küç., 93);
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Tibbi siğorta ilə təmin olunma;
- Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.

Son müraciət tarixi: 2022.02.09