Aqro və mikrokreditlər üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Ümumi vəzifə öhdəlikləri:
- Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
- Müştərilərin tələblərini nəzərə alaraq, uyğun bank məhsulunu təklif etmək;
- Bankın məhsullarının effektiv və keyfiyyətli satışı;
- Bank məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
- Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək.

Namizədə tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
- İş təcrübəsi: bank, müştəri xidmətləri və ya satış sahəsində təcrübə arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili (əla);
- Komputer bilikləri; Microsoft Office Programs (Word, Excel);
- Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
- Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
- Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20 avqust 2021-ci il tarixinədək CV@bankrespublika.az elektron ünvanına göndərə bilər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Aqro və mikrokreditlər üzrə mütəxəssis (Gəncə-Qazax rayonu) şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.