Aqronom / kiçik mütəxəssis və mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Vakansiya haqqında:
İş yeri: Bakı, Zirə qəsəbəsi və ya Sumqayıt şəhəri və ya Kürdəxanı kəndi İstixana Kompleksi
İş saatı: Həftədə 6 gün həftəlik 40 saat olmaqla

Vəzifə öhdəlikləri:
Kənd təsərrüfatı bitkilərinin zərərvericilər, xəstəliklər və alaq otlarına qarşı görüləcək işlərin təşkil edilməsi;
Daimi sahə yoxlamalarının aparılması;
İstixananın hər hektarına düşən məhsuldarlıq normasını müəyyən etmək;
Məsuliyyət daşıdığı istixana daxillərində yığım proqramlarını, gübrələmə-dərmanlama prosesini izləmək və bu işlərin görülməsini icra elətdirmək;
İstixananın vaxtında əkinə hazırlanması, məhsulun becərilməsi və yığılmasını təmin etmək;
Bitkinin inkişaf mərhələsinə uyğun olaraq gübrələnməsi və mineralların verilməsini təmin etmək;
İşçi qüvvəsi və texnikadan səmərəli istifadə olunması üçün əməyin düzgün təşkili və iş normalarının yerinə yetirilməsi.
Aqronomluğa aid bütün sənədlərin tərtib olunmasını və hesabatların verilməsini Baş aqronomun tapşırığına əsasən ica edir.

Namizədə tələblər:
Təhsili: Ali təhsil, (Aqronomluq, Biologiya, Kimya,Torpaqşünaslıq)
Müvafiq sahədə ən azı 3 il təcrübə
Dil bilikləri: Azərbaycan, İngilis və Rus dili arzu olunandır
Kompüter bilikləri: Microsoft Office, Outlook, Priva proqramını bilməsi üstünlükdür
Komandada işləmək bacarığı
Operativ,işə həvəslə yanaşmalı, sahəsi üzrə araşdırmalar aparmalı, daim yeniliyə meyilli olmalı
İdarəetmə təcrübəsi, analitik düşünmə
Qoyulmuş məslələrlə bağlı məqsədlərə nail olmaq.