Aşpaz

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini bilməli;
- Verilmiş sifarişlərin menyuda qeyd edilən müddət ərzində hazırlanaraq müştəriyə yüksək səviyyədə təqdim edilməsini təmin etmək;
- Tərtib olunmuş menyu üzrə yeməklərin hazırlanmasını yüksək səviyyədə bilmək, menyuya yeni əlavə edilmiş yeməklərin hazırlanması texnikasını qısa zamanda mənimsəmək;
- Azərbaycan və avropa mətbəxini bilməli və daim yenilikləri öyrənməli:
- Daim axtarışda olmalı və dünya mətbəxini öyrənməli:
- Bazarda mövsümi və yeni məhsullar haqqında ən yeni məlumatlara malik olmalı;
- Bütün istismar avadanlıqları və ləvazimatlarını ehtiyatla istifadə edərək itkilər və tullantıları minimuma endirməli;
- Təyinata əsasən, işə aid olan vəzifələrin və xüsusi layihələrin yerinə yetirilməsi;
- İsti və soyuq yeməkləri, lazım gəldikdə xamır yeməklərini hazırlamağı bacarmalı;
- Hazırlanan yeməklərin müştəriyə təqdim edilməsi, göz oxşayan görünüşə gətirilməsi üçün dekor üzrə bacarıqlara sahib olmalı;
- Ərzaqların və hazırlanmış məhsulların saxlama müddətlərini və şərtlərini bilməli və əməl etməli;
- Məhsullardan hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələbləri bilməli və əməl etməli:
- Qida təhlükəsizliyi üzrə biliklərə sahib olmalı;
- Təyin edilmiş ərazi və ya məntəqənin hər zaman təmiz və səliqəli saxlanılmasını təmin etməli;

TƏLƏB OLUNAN BİLİK, BACARIQ VƏ TƏCRÜBƏ:
- Aşpazlıq sahəsində müvafiq təhsil və ixtisaslı təlim-tədris müəssisələrinin sertifikatları;
- Aşpazlıq sənəti üzrə ümumilikdə 5- il iş təcrübəsi;
- Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı;
- Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı olmalı;
- Hotel sektorunda təcrübəsi olan namizədlərə üstünlük verilir;
- Azərbaycan dilini mükəmməl bilmək (ingilis və rus dili bilikləri əlavə üstünlükdür);
- Öyrənmə və özünü inkişaf etdirməyə açıq və istəkli olmalı;

Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.
Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Aşpaz) göstərilməklə cv@ghg.az elektron poçtuna göndərmələri xahiş olunur.
Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə salanılacaq.

Son müraciət tarixi: 2021-06-17