Audit işləri üzrə Keyfiyyətə nəzarət mühəndisi

Şirkət haqqında
Əmək haqqı
1000-2000

İş haqqında

Vəzifə öhdəlikləri:
1. İSO 9001 - 2015; İSO 14001 - 2015; İSO 45001 -2018 standartların tələblərini və İnteqrasiya edilmiş İdarəetmə Sistemini tam bilmək;
2. Qanunlar, siyasətlər və prosedurları bilmək, onlara riayət etmək və tələb etmək;
3. Əməliyyatlar daxil olmaqla, tam daxili audit dövrünün həyata keçirilməsi və idarə edilməsi;
4. Audit proqpram və planın hazırlanması, auditin nəticəsi barədə yekun protokolun hazırlanması;
5. Keyfiyyət İdarəetmə sistemində baş verən və verə biləcək riskin təhlili aparılması;
6. İnformasiya toplamaq və daxili audit üçün iş yerlərinə baxış keçirmək;
7. Daxili yoxlamalar üçün ətraflı hesabat hazırlanması, yoxlanılması və düzəlişlərin aparılması;
8. Daxili auditlərdə iştirak etmək;
9. Əmək məhsuldarlığının artırılması, iş yerlərində keyfiyyətə nail olunması;
10. Müxtəlif təlimlər təklif edən şirkətlərlə əlaqə yaratmaq;
11. Keyfiyyət idarəetmə sisteminə nəzarət (QMS)
12. Müştəri məmnuniyyətlərini öyrənmək;
13. Keyfiyyətin idarə edilməsinə görə statistik təhlili aparılması və sistemin tələblərinə riayət etmək;
14. KN departamentinə aid sənədlərin hazırlanmasına və saxlanılmasına daim nəzarət etmək;
15. SWOT analizin hazırlanması.

Namizədə tələblər:
- Mühəndislik ixtisası üzrə ali təhsil
- Audit işləri üzrə Keyfiyyətə nəzarət mühəndisi olaraq inşaat sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı.
- İSO 9001 - 2015; İSO 14001 - 2015; İSO 45001 -2018 standartları üzrə daxili və xarici auditlərin aparılması üçün sertifikatlar
- Azərbaycan, rus və ingilis dilləri əla səviyyədə bilməli
- MS Office, AutoCad əla səviyyədə bilməli
- Yüksək səviyyədə texniki biliklərinin olması
- Vaxt və resursların planlaşdırılması kimi təşkilati bacarıqları
- İşgüzar ünsiyyət bacarığı
- Komandada işləmək bacarığı

Digər tələb və şərtlər:
- Yaş həddi: 25-45
- Əmək haqqı: 1000-2000 AZN (təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
- İş rejimi: həftədə 5 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 1 saat)
- Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində [email protected] elektron ünvanına mövzu yerinə “Audit işləri üzrə Keyfiyyətə nəzarət mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Son müraciət tarixi: 2021-07-10