Auditor köməkçisi

Şirkət haqqında
Əmək haqqı
600-800

İş haqqında

Ümumi vəzifə öhdəlikləri:
- Əməliyyat sahəsində daxili nəzarət sistemlərinin mövcud olması, effektivliyi və adekvatlığını yoxlamaq və qiymətləndirmək;
- Zəruri hallarda şirkətin daxili qaydaları, prosedurları və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
- Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirmək;
- Təyin edilmiş vaxt çərçivəsində audit yoxlaması aparılan departamentin və ya əməliyyat sahəsinin risk təhlilini həyata keçirmək;
- Müştərilərlə baş vermiş əməliyyatları yoxlamaq;
- Əməliyyat proseslərinin müvafiq qanunvericiliyə, prosedur və qaydalara uyğun olmasını təyin etmək;
- Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələri həyata keçirmək.

Namizədə tələblər:
- Yalnız bəy namizədlər;
- Yaş 23-30;
- Ali təhsil (iqtisadi və ya hüquqi);
- Sahə üzrə minimum 6 ay iş təcrübəsi (digər maliyyə təşkilatlarında təcrübənin olması nəzərə alınır);
- Analitik düşünmə qabiliyyəti;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, rus və ingilis dilləri arzuolunandır;
- Excel proqramında işləmək bacarığı;
- Yüksək ünsiyyət bacarığı;
- Öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı;
- Şəxsi avtomobilinin olması mütləqdir

- Rəsmi əmək müqaviləsi ilə rəsmiləşdirilmə
- Əmək haqqı: 600-800 AZN
- İş rejimi saat 09:00-18:00, şənbə günü 09:00-15:00, bazar günü istirahət

CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun.
CV-də qeyd olunan əlaqə nömrəniz aktiv olmalıdır. Məktubun mövzu bölməsində vakansiyanın adını mütləq qeyd edin.

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini hr@monopak.az və coshqun.a@monopak.az mail ünvanlarına göndərmələri və e-mailin mövzu hissəsində mütləq vakansiyanın adını yazmaları tələb olunur.
Son müraciət tarixi: 2021-10-24