Auditor

Şirkət haqqında
Əmək haqqı
1000

İş haqqında

Tələblər:
- Ali iqtisadi təhsil
- 2-3 ildən az olmayan audit sahəsində iş təcrübəsi (Əczaçılıq sferasında olması üstünlükdür)
- Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı
-1C proqram üzrə bilikləri (arzuolunandı)
- Beynəlxalq audit standartları, risklərin idarə olunması üzrə biliklər
- Riyazi təhliletmə və analitik hesablama qabiliyyəti

Vəzifə öhdəlikləri:
- Əməkdaşlıq edilən şirkətlərə ödənişlərin borclara və satış şərtlərinə uyğun aparılmasının yoxlanılması, maliyyə direktorunun təsdiqindən sonra kassa məxaric qəbzlərinin təsdiq edilməsi
- Iadə olunan malların razılaşdırılmış əməkdaşlıq şərtlərinə uyğunluğunun yoxlanılması və 1C proqramı üzrə təsdiq edilməsi
- Apteklər üzrə məhsul dövriyyəsinin daxili qaydalara uyğunluğunun və 1C proqramında qeydiyyatının yoxlanılması
- 1C proqramında qeydiyyata alınmış məhsul siyahısının say tərkibinin və satış qiymətinin sənədlərə uyğunluğuna nəzarət edilməsi
- Mütəmadi olaraq əməkdaşlıq edilən şirkətlərlə qarşılıqlı hesablaşmaların yoxlanması və aktlaşdırılması
- Anbarda mövcud olan məhsulların seriya nömrələri, adları üzrə uyğunsuzluqlarının 1C proqramında müəyyən olunması və düzgünlüyünün təmin edilməsi
- Referent siyahıya daxil edilmiş məhsul qiymətlərinin 1C proqramına daxil edilməsi və yoxlanılması
- Apteklər üzrə mütəmadi audit yoxlamalarının keçirilməsi, ezamiyyələrdə iştirak və müvafiq olaraq hesabat hazırlanması
- Şirkət tərəfindən apteklərə ayrılmış depozit və aylıq limitlərə nəzarət edilməsi

İş şəraiti:
- İş yeri: DEPO (Oktay Vəliyev 21C, Baki şəhəri, NZS qəsəbəsi)
- 6 günlük iş həftəsi;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Tibbi sığorta ilə təmin olunma;
- Əmək haqqı 1000 manat.

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
Son müraciət tarixi: 2021-04-14