Avans hesabatı üzrə mühasib

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

- Təhtəlhesab şəxslər tərəfindən alınan avansların təyinatından asılı olaraq müəyyən olunmuş iş günləri müddətində onların xərclənməsi barədə mühasibatlığa avans hesabatı təqdim edilməsinə və xərclənməyən pul qalığını kassaya qaytarılmasına nəzarət;
- Ezamiyyə məqsədləri üçün verilən avans məbləğləri üzrə avans hesabatları təhtəlhesab şəxs ezamiyyətdən qayıtdıqdan sonra onun tərəfindən 3 iş günü müddətində mühasibatlığa təhvil verilməsinə nəzarət;
- Təhtəlhesab şəxsdən avans hesabatına aid xərcləri təsdiq edən bütün sənədlərin (NKA çekləri, qaimə-fakturalar, biletlət, qəbzlər və s.) təhvil alınması;
- Avans hesabatına əlavə edilmiş sənədlərin, avansın təyinatı üzrə xərclənməsinin və avans hesabatının özünün düzgünlüyünün yoxlanması, imza edilməsi və təsdiq edilməsi üçün baş mühasibə təqdim edilməsini təmin etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar;

Namizədə tələblər
- Ali təhsil (Mühasibat və ya maliyyə ixtisası üzrə);
- Analoji sahədə 2 il iş təcrübəsi;
- MS Office (Word, Excel) və 1C 8.3 proqramında sərbəst işləmək təcrübəsi;
- Məsuliyyətli və işində dəqiq olmaq;
- Analitik təhlil etmə qabiliyyəti;

Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 gün tam,şənbə günü isə natamam iş qrafiki;
- Korporativ mobil nömrə;

Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Müraciət qaydaları:
CV-nizi hr@superfon.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “Avans hesabatı üzrə mühasib” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 28.06.2021