Avtomatik İdarəetmə üzrə Mühəndis elektrik

Şirkət haqqında
Əmək haqqı
800-1000

İş haqqında

- “İnvertor” sistemilə işləyən istehsalat avadanlıqlarının təmiri və diaqnostikası
- Avadanlığın motoru ilə “İnvertor” sistemi arasında əlaqənin tənzimlənməsi
- Elektron avadanlıqların texniki vəziyyətinin yoxlanmasında iştirak, modul və komponent səviyyəsində təmiri
- Elektron avadanlıqların istifadə qaydası üzrə təlimatların hazırlanması
- Avadanlığın elektron elementlərinin parametrlərinə və möhkəmliyinə nəzarət edir, zədələri vaxtında üzə çıxarmaq məqsədi ilə test üzrə yoxlamalar aparılması və onların təmir edilməsi
- İstismarda olan elektron dəzgahlara texniki xidmətin göstərilməsi
- Aşkar olunmuş nasazlıqların aradan qaldırılması
- RLS sistemləri və monitorların təmirini edə bilmək
- Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət
- Təcrübə: 5 il
- İş qrafiki: 6 günlük
- Nahar və geyim ilə təmin olunma
- Tam rəsmiləşdirilmiş qayda da əmək müqaviləsi
- Əmək haqqı: 800-1000 Azn (müsahibə əsasında təyin olunur)
- İş yeri- Buzovna qəsəbəsi Rahat Süper marketin yanı

Tələblər:
- Təhsil : Ali
- İş təcrübəsi : 5 ildən artıq
- Yaş : 30 - 55
- Cinsi: Kişi
- Elektrik sahəsində təhsil və ən azı 5 il iş təcrübəsi
- Operativ və nizam-intizamlı olmaq;
- Məsuliyyətli və komandada işləmək bacarığı.

İş bacarığı:
- Avtomatik idarı etmə sistemlərini bilməli .
- iİstehsal Aparatlarının təmiri , quraşdırılması
- Elektrik avadanlıqlarının təmiri , istismarı və elektrik montaj işlərinin icrasını həyata keçirmək;
- Elektrik enerji mənbəyi olan qurğuların istismarı və onlara vaxtaşırı qulluq etmək;
- Avadanlıqlarda planlı təmir işlərini icra etmək, fasiləsiz iş rejimini təmin etmək;
- Avadanlığın müntəzəm və texniki cəhətdən düzgün, etibarlı işini, onun növbəliliyinin artırılmasını, tələb olunan dəqiqlik səviyyəsndə işləmə qabiliyyətində olmasını təmin etmək;
- Avadanlığın texniki xidmət və təmirini, istismarın yaxşılaşdırılması, brak və boş dayanmaların qarşısının alınmasın, iş keyfiyyətinin artırılması istiqamətində çalışmaq;

E-mail: [email protected]
Son tarix: 2021-08-21