Avtomatika üzrə mühəndis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Əsas iş yeri: Qazax rayonu, Daş Salahlı kəndi

Namizədə tələblər:
- Avtomatika sahəsində ali təhsilli olmalı;
- Tələb olunan sahə üzrə 3 il iş təcrübəsi olmalı;
- Ofis proqramlarında sərbəst işləməyi bacarmalı;
- Xarici dil: İngilis dili və rus dili;

Əsas vəzifə öhdəlikləri:
- Zavodun ümumi avtomatika sisteminin işlədilməsini, hər növ ölçü alətinin nəzarət, baxım və kalibrləmənin müvafiq plan və təlimatlarına uyğun edilməsini və lazım gəldikdə baxım fəaliyyətlərinin aparılmasını təmin etmək,
- Bölmələrindəki işçi heyətinin ətraf mühit baxımdan məlumatlandırılmasını təmin etmək,
- Bölmədə görülən periodik baxım işlərini təqib etmək,
- Ölçü alətləri ve ölçmə cihazlarının kalibrlənmələrinin müvafiq standartlara görə yerinə yetirilməsini və təqibini təmin etmək,
- Avtomatika sistemi PLC proqramlarında (Simatic Manager/PCS7/Step7/Cemat/ WinCC/MicroWin/TIA Portal) sistem dəyişikliyi və əlavələrindən qaynaqlanan lazımi işləri reallaşdırmaq,
- Ölçü alətlərinin baxım və nəzarətini həyata keçirər, daimi işlək vəziyyətdə olmalarını təmin etmək,
- Ölçü alətləri işçi heyətinin qəza baxım və təmir məsələsində gördüyü işləri təqib edər və axsamaları təqib etmək,
- Qəza baxım və təmir işlərinin təlimatlara görə icra edilməsini təmin etmək,
- Avtomatika sistemi qəza baxım və təmir işlərinin iş təhlükəsizliyi qaydalarına uyğun edilib edilməməsinə nəzarət etmək,
- İşçi təhlükəsizliyi üçün lazımi tədbirlərin yerinə yetirilməsini təmin etmək,
- İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək,
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.

Əsas təminatlar:
- Nahar ilə təmin olunur,
- Aylıq mobil rabitə limiti ilə təmin olunur,
- Zavod ərazisində yaşayış yeri şirkət tərəfindən təmin olunur (Adminstrativ heyət üçün zavod ərazisində yüksək səviyyəli Hotel – yataqxana fəaliyyət göstərir),
- İşçilərin iş yerinə rahat gediş-gəlişi üçün ətraf yaşayış məntəqələrinə (Qazax və Ağstafa rayonları) komfortlu servis avtobusları fəaliyyət göstərir.

Mövzu hissəsində " Avtomatika üzrə mühəndis " qeyd olunması zəruridir.
Qeyd: Xahiş olunur müvafiq ixtisası və iş təcrübəsi olmayan namizədlər CV göndərməsin.

Son müraciət tarixi: 2021.12.28