Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Namizədə tələblər:
- Ali təhsil – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə
- Öz sahəsində savadına güvənən;
- Peşəkar;
- Dəqiq;
- 9,10 və 11- ci sinif şagirdləri, eləcə də problemli və zəif şagirdlərlə işləməyi bacaran;
- Etik qaydalara riayət edən;
- Elektron lövhə işlədə bilən və ya öyrənməyə meyilli;
- MS Office-də sərbəst işləmə bacarığı;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Ünsiyyət qurma və təqdim etmə bacarığı olmalı;

Əsas vəzifə öhdəlikləri:
- Rəhbərlik tərəfindən verilən dərs cədvəli proqramına tabe olmaq;
- Müəyyən intervalda yoxlama imtahanları həyata keçirmək və nəticələri elan etmək;
- Jurnalları vaxtı vaxtında, düzgün doldurmaq;
- Sınaq imtahanlarında müşahidəçilik etmək;
- Sosial fəaliyyətlərdə rol almaq ;
- İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək;

Əmək haqqı: Seçimindən asılı olaraq tam ştat və ya saat hesabı işləmək istəyən müəllimlər üçün nəzərdə tutulan əmək haqqı yüksəkdir. Fərdi keyfiyyətlər xüsusi ilə nəzərə alınır.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Azərbaycan dili və ədəbiyyatı müəllimi” yazaraq [email protected] ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Xırdalan şəhəri, H.Z.Tağıyev küç. ev 13
(+994 50) 251 90 20 ;
Qaynar xətt: *0011
Fortis-Academy (Facebook)
fortis.academy (Instagram)