Back-end mühəndisi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- Gənc və peşəkar kollektivdə çalışmaq imkanı
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:
- Yeni texnologiyaların araşdırılması və tətbiq olunması;
- Məhsulun biznes məntiqinin və back-end sisteminin dizayn olunması və proqramlaşdırılması;
- Front-end proqramçısı ilə sıx əməkdaşlıq edərək funksional, effektli və tam tələblərə cavab verən APİ-ların hazırlanması;
- Mənbə kodlarını analiz etmək və ehtiyaca uyğun dəyişiklikləri icra etmək;
- Unit və inteqrasiya testlərinin yazılması və gündəlik tapşırıqlar üçün avtomatik alətlərin hazırlanması;
- Keyfiyyətli, effektli kodların yazılması və sənədləşdirilməsi;
- Riskləri və səmərəsiz həll yollarını aradan qaldırmaq üçün ideya və fikirlərin təhlil olunması;
- Yeni texnologiyaların araşdırılması və tətbiq olunmasıdır.

Bizim üçün uyğun namizəd:
- Back-end proqramlaşdırma sahəsində minimum 1 illik iş təcrübəsi;
- Java8, Java EE, Spring Boot üzrə təcrübə;
- Versiya Kontrol Sistemləri (Git) üzrə dərin biliklərə
- RESTful APİ servislərin hazırlanması, istifadə olunması üzrə təcrübə;
- Obyektyönümlü proqramlaşdırma , S.O.L.I.D prinsipləri və Design Patterns barədə dərin biliklər;
- Verilənlər bazası sistemləri üzrə təcrübə, SQL və NoSQL bazaları barədə bilikləri; (PostgreSQL, MySQL, Oracle, MongoDB, Redis)
- Unit, inteqrasiya və APİ üçün effektli testlərin yazılması bilikləri;
- Agile Scrum metodologiyası barədə məlumatlı;
- Mikroservis arxitekturası üzrə biliklər;
- PL/SQL bilikləri;
- Agile komandasında proqramçı kimi iş təcrübəsi;
- Güclü problem həll etmə bacarığı, mürəkkəb məlumatları emal etmək, onları aydın və sadə şəkildə təqdim etmək qabiliyyətinə sahibdir.
- Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Back-end mühəndisi” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 13 noyabr 2021