Bank Təhlükəsizliyi Departamentinə Mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Ümumi vəzifə öhdəlikləri:
- Mühafizə-yanğın siqnalizasiya sisteminin idarə edilməsi və inzibatçılığı;
- Keçid-nəzarət sisteminin idarə edilməsi və inzibatçılığı;
- Video-müşahidə sisteminin idarə edilməsi və inzibatçılığı;
- Digər fiziki təhlükəsizlik sistemlərinin idarə edilməsi və inzibatçılığı.

Namizədə tələblər:
- Ali təhsil (aidiyyatı sahə üzrə);
- Müvafiq sahə üzrə minimum 2 illik iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus və İngilis dili (yaxşı);
- Fiziki təhlükəsizlik sistemləri üzrə biliklər;
- Əməliyyat sistemləri üzrə biliklər;
- Problemlərin effektiv həll olunması və analitik düşünmə bacarığı;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
- Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 iyul 2021-ci il tarixinədək email-in mövzu hissəsində Bank Təhlükəsizliyi Departamentinin mütəxəssisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.