Baş Aşpaz

Şirkət haqqında
Əmək haqqı
2500

İş haqqında

Ünvan: Xaçmaz rayon Nabran kəndi
İş qrafiki- 5 günlük iş qrafiki
Əmək haqqı: 2500 AZN

Vəzifə borcları:
- Şirkətin keyfiyyət və qida təhlükəsizliyi standartlarını çox yaxşı bilməli və tətbiq etməli, həmçinin tabeliyindəki işçilərə aşılamalı.
- Qida və İçkilər şöbəsinin menecerinin hazırladığı təlimatlara uyğun olaraq, Baş aşpazın köməkçilərini və digər bölümlərin aşpazlarına yeməklərin bişirilməsi və təqdimatı mövzusunda köməklik göstərmək.
- Görülən işləri mehmanxana prosedurlarına uyğun etmək.
- Lazım olduğunda mətbəxdəki digər bölmələrin aşpazlarına köməklik göstərmək.
- Məhsulların qəbulu və anbarda saxlanılmasına nəzarət etmək.
- İşin görüldüyü ərazilərin təmiz və gigiyenik olmasını təmin etmək.
- Aşpaz köməkçilərinin və texniki təmizlik işçilərinin standartlara uyğun çalışıb-çalışmadığına nəzarət etmək.
- Hər hansı bir problem və ya nöqsanla qarşılaşdığında bu barədə aşpazlara məlumat vermək və məsələnin qısa zamanda aradan qaldırılmasını təmin etmək.
- Hər hansı bir zərərin qarşısını minimum itki ilə almaq.
- Bufetin xidmət göstərdiyi saatlarda əskilən məsulların yenidən doldurulmasını təmin etmək.
- Mətbəxdə olan ləvazimatların istifadəsi zamanı diqqətli olmaq və bu barədə işçilərə məlumat vermək.
- İstifadə olunan məhsullara nəzarət etmək və lazım olduğu zaman yeni məhsullar sifariş etmək.
- Qida təhlükəsizliyi mövzusuna aid hər hansı bir problemi həll etmək və qeydiyyatını aparmaq. Bu problemlərlə gələcəkdə qarşılaşmamaq üçün qabaqlayıcı tədbirlər görmək və bu barədə rəhbərləri məlumatlandırmaq.
- Mətbəxdə olan bütün ərazilərin təmizliyinə və işçilərin uniformalarının səliqəli və gigiyenik olub-olmamasına nəzarət etməlidir.
- Qida və İçkilər şöbəsinin meneceri tərəfindən müəyyən edilmiş təqdimat təlimatlarına əməl etmək.
- Bufetin hazırlanması, yenilənməsi və təmizlənməsi proseslərinə yardım etmək.
- Bufetin xidmət göstərdiyi saatlarda əskilən məsulların yenidən doldurulmasını təmin etmək.
- Mehmanxananın yemək xərclərinin büdcə ilə uyğun olmasını təmin etməyə kömək etmək üçün standart reseptlərə riayət etmək və tullantıları minimuma endirmək.
- Xüsusi yeməklərin hazırlanması metodları və tərkibi ilə bağlı qonaqların xahişlərini yerinə yetirərkən, mümkün qədər çevik olmaq.
- Təyin edilmiş ərazi və ya məntəqənin hər zaman təmiz və səliqəli saxlanılmasını təmin etmək.
- Şirkətin bütün minimal brend standartlarının həyata keçirilməsini, eləcə də müvafiq sayılan yerlərdə zəruri sayılmayan brend standartlarının həyata keçirilməsini təmin etmək.
- “Biz bir komandayıq!” şüarı altında digər işçilər və digər şöbələrlə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərmək.
- Bazarda mövsümi və yeni məhsullar haqqında ən yeni məlumatlara malik olmaq.
- Bütün istismar avadanlıqları və ləvazimatlarını ehtiyatla istifadə edərək itkilər və tullantıları minimuma endirmək.

Son müraciət tarixi: 2022.02.09