Baş Energetik

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Sizin əsas vəzifə öhdəlikləriniz :
- Fabriklərin enerji daşıyıcısının və elektrik enerjisinin fasiləsiz işini təmin etmək, enerji təsərrüfatının təmirinin vaxtlı-vaxtında yerinə yetirilməsini və enerji daşıyıcılarının bütün növləri üzrə stabil təmin edilməsini həyata keçirmək;
- Elektrik avadanlıqlarının fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını, qənaət rejiminə riayət etməklə enerji ehtiyatlarından səmərəli istifadə olunmasını təmin etmək;
- Elektrik qurğularının və elektrik avadanlıqlarının əsaslı təmirini təmin etmək;
- Şəbəkənin və elektrik avadanlıqlarının xidmətinin təhlükəsiz istismarını təmin etmək;
- Texnoloji avadanlıqların elektrik hissələrinin, şəbəkənin təmirinin və istismarını təmin etmək.
- Elektrik avadanlıqlarının cari və əsaslı təmir qrafikini tərtib edib onların yerinə yetirilməsinə nəzarət etmək.
- Enerji qurğularının və enerji avadanlıqlarının əsaslı təmirini təmin etmək,
- Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək;
- Avadanlıqların təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanması;
- Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət etmək.

Sizdən tələb olunan təhsil və iş təcrübəsi :
- Təhsil : Ali təhsil (Elektroenergetika mühəndisliyi);
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi (İstehsal sahələrində çalışanlara üstünlük verilir);
- Elektrik qurğularının və enerji avadanlıqlarının qurulması və istismarı qaydalarına bələd olmalı;
- Avadanlıqların istehsal gücü, texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri, iş rejimi, onların istismar qaydalarına bələd olmalı
- Kompüter bilikləri - MC Office proqramları;
- Dil bilikləri –Rus dili (İngilis dili bilənlərə üstünlük verilir).

Bizim iş şərtləri :
- Həftədə 5 iş günü;
- İş saatları: 08:00-17:00;
- Şirkət hesabına nahar;
- İş yeri Hökməli qəs.(servis şirkət tərəfindən təmin olunur)

Biz nə təklif edirik :
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Təlim və inkişaf proqramlarının geniş çeşidi;
- Mükəmməl peşəkar komanda və mehriban mühit;
- Sağlamlıq və həyat sığortası.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Baş Energetik” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Son müraciət tarixi: 2021-04-10