Baş energetik

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Vəzifə və öhdəliklər:
- Enerji daşıyıcısı və elektrik enerjisinin fasiləsiz işini təmin etmək, enerji təsərrüfatının təmirini vaxtı-vaxtında həyata keçirmək;
- Müxtəlif güclü yarım stansiyaların, elektrik generatorlarının istismarı və texniki xidməti;
- Ehtiyyat hissələrinin və materialların, avadanlıqların tələbatına əsasən kompleksin enerji təsərrüfatını təmin etmək;
- Texnoloji avadanlıqların, elektrik hissələrinin, şəbəkənin təmirini və istismarını təmin etmək;
- Elektrik avadanlıqlarının cari və əsaslı təmir qrafikini tərtib edib onların yerinə yetirilməsinə nəzarət etmək;
- Elektrik dövriyyəsinin hesablanması;
- Qəbul olunmuş qaydaları və əmsalları nəzərə alaraq layihələndirilmə işləri;
- Layihələrə əsasən quraşdırılacaq elektrik avadanlıqlarının, mal-materialların, qəbul olunmuş əmsalları nəzərə alınaraq, smetaların hesablanması;
- Elektrik quraşdırma üzrə texniki şərtlərin razılaşdırılması və təsdiqi;
- Elektrik-quraşdırma işlərinin tikintisinin Tikinti Norma və Qaydalarına uyğun təşkili və nəzarəti;
- Müəssənin elektrik avadanlıqlarının texniki təhlükəsizlik qaydalarına uyğun istismarını təmin etmək;
- Müəssisənin bütün elektrik təsərüfatına nəzarət;
- Enerji sektorunda əməyin təşkili, mütərəqqi və məhsuldar iş üsullarının tətbiqi.

Tələblər:
- Təhsil:Ali (Elektrik və Elektroenergetika üzrə);
- Müvafiq sahə üzrə 5 il təcrübə;
- Yüksək gərginlikdə işləmə bacarığı;
- Avadanlıqların istehsal gücü,texniki xarakteristikası, iş rejimi, onların istismar qaydalarına bələd olmalı;
- Elektrik qurğularının və enerji avadanlıqlarının qurulması və istismarı qaydalarına bələd olmalı;
- Sənaye avadanlıqlarının istehsal gücü, texniki xarakteristikası,konstruktiv xüsusiyyətləri, iş rejimi,onların istismar qaydalarını bilməlidir;
Avtomatika sistemləri, kompressor və generatorların təhlükəsiz istismarı ilə bağlı tələb edilən texniki təhlükəsizlik qaydalarını bilməlidir.

İş şərtləri:
- İş yeri Binə qəsəbəsi ərazisindədir;
- İşçi nahar və servis xidməti ilə təmin edilir;
- Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir;
- İş saat 08:00-18:00-a dəkdir;
- Şənbə və bazar günləri istirahət günləridir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Baş energetik” şəklində göstərməyiniz xahiş olunur

Son müraciət tarixi: 2022.01.23