Baş Mexanik

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Vəzifə: Baş Mexanik
Sahə: Kənd Təsərrüfatı
İş yeri: Gəncə ətrafı

İşin təsviri:
- Texnikaların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir.
- Təmirə dayanmış texnikaların vaxtında təmirinin başa çatdırılması və tam istismara yararlı vəziyyətə gətirilməsi üçün tədbirlər görmək
- Təmir edilmiş texnikanın istismara buraxılmadan qabaq bütün texniki vəziyyətini əsaslı surətdə yoxlamaq və tənzimləmək, yoxlama - sınaqlar keçirmək və işə yararlılığını müəyyən etmək;
- Texnikalara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. Görülməli işlərin texniki hazırlığını təmin edir.
- Texnikaların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik edir.
- Aparılan təmir işlərinin qeydiyyatını aparmaq və hesabtlar təqdim etmək
- Mexaniki problemlərin növləri və onların yaranma səbəbləri aşkar etmək;
- Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin edir.
- Texnikaların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək edir.
- Sahəyə buraxılan və sahədən qayıdan texnikaların texniki vəziyyətinin yoxlanması üzrə işləri təşkil etmək;
- Əmanət edilmiş maddi, texniki vəsaitlərə və təqdim etdiyi hesabatların düzgünlüyünə cavabdehlik daşımaq;
- Tabeçiliyində olan traktoristlərə, texnikalara təmir xidməti göstərən işçilərə rəhbərlik edir, işçilərin öz biliyinin və ixtisaslarının artırılması üçün tədbirlər həyata keçirir.
- Təmir və texniki xidməti digər hissələri zədələmədən icra etmək və istehsalçının təmir texnologiyalarına riayət etmək;
- Texniki nasazlıqlarla sahədən qayıtma hallarında hər bir nəqliyyat vasitələrinin qeydiyyatını aparmaq, səbəbini öyrənmək və bundan sonra (gələcəkdə) oxşar hallarda xəbərdarlıq üçün tədbirlər görmək;
- Baş aqronomun sahə ilə bağlı aqro texniki tələblərini əksiksiz və nöqsansız təmin edir.
- İllik əkin-bicin planına uyğun olaraq texnika ehtiyac siyahının belirlenmesi.
- Daxili prosedurlara və nizam - intizam qaydalarına riayət etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında icra etmək;

TƏLƏBLƏR:
- 30-45 yaş həddi
- Mexanika sahəsində 5 ildən az olmayaraq iş təcrübəsi
- Azərbaycan və rus dilləri, ingilis dilinə üstünlük verilir
- İdarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq
- Güclü ünsiyyət və danışıq qabiliyyəti
- Komandada işləmək bacarığı
- Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı
- MS Excel proqram biliyi;
- 1 C proqramı bilikləri üstünlükdür.
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
- Sürücülük vəsiqəsi olmalı
- John Deer, New Holland, Belarus və türkiyə istehsalı olan texnikalarının təmiri və texniki xidmətlə bağlı mexanik işlərində təcrübəli olması üstünlükdür.
- Əvvəlki iş yerlərində intizam məsuliyyətinə cəlb edilməyən

Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mexanik” yazaraq magrommc@bk.ru ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır