Baş Mühasib köməkçisi

Şirkət haqqında
Əmək haqqı
1500

İş haqqında

Tələblər:
- İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə üzrə ali təhsil;
- Mühasib vəzifəsində minimum 5 il iş təcrübəsi (istehsal, konsaltinq,ticarət, inşaat və s.)
- Acca Sertifikatları üstünlük
- MS Office (xüsusilə MS Excel), 1c 8.3, proqramı ilə sərbəst şəkildə işləmək bacarığı;
- AR Vergi Məcəlləsini yüksək səviyyədə bilməli;
- Rus dili üstünlükdür

Vəzifə öhdəliklər:
- Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Əsas vəsaitlərin uçotunun aparılması və nəzarəti;
- Hesab və elektron qaimə-fakturaların yazılması;
- Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi və nəzarəti
- Gündəlik hesabları üzrə qalıqlar hesabatı;
- Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
- Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsini təmin olunması;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatların vaxtında və düzgün hesablanmasının təmin edilməsi;
- Əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
- Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
- İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
- Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi

İş şəraiti:
Əmək haqqı: 1500 AZN
- İş vaxtı: 09:00–dan 18:00 dək;
- İstirahət günləri: Şənbə və Bazar;

Müraciət etmək istəyən namizədlər CV-lərini hr@bakisigorta.az e-mail ünvanına mövzu hissəsinə “Baş Mühasib köməkçisi”qeyd edərək göndərə bilərsiniz
Son nmüraciət tarixi: 2021-05-09