Baş Mühasib

Şirkət haqqında
Əmək haqqı
3000

İş haqqında

Namizədə tələblər:
- İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə-kredit üzrə ali təhsil;
- Minimum 3 il baş mühasib vəzifəsində iş təcrübəsi;
- Komputer bilikləri - MS office, 1C, hər hansı ERP proqram təminatlarla iş təcrübəsi;
- ACCA , CIMA CFA üzrə sertifikatlar arzuolunandır;
- Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər;
- Kollektivi idarə etmə vərdişləri, işgüzar ünsiyyətin və danışıqlar aparılmasının üsul və metodları, daxili əmək intizamı qaydaları üzrə biliklər;
- Vergi Məcəlləsi üzrə mükəmməl biliklər;
- Azərbaycan dili (Rus arzuolunandır.);
- MS Office, 1C proqramlarında sərbəst işləmə bacarığı.

İş haqqında məlumat:
- Şirkətin maliyyə fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edilməsi.
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə- təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat- maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edilməsi.
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, dövriyyəsini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edilməsi.
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarətin aparılması.
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının həyata keçirilməsi.
- Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb sistemə daxil olunmasına nəzarətin aparılması.
- Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanmasına nəzarət etmək.
- Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirmənin təmin edilməsi.
- Yerli mühasibat uçotu qanunvericiliyinə görə maliyyə hesabatlarının tərtib edilməsi (Balans, Forma2, Forma4, Forma 5).
- Müəssisənin fəaliyyəti ilə bağlı Dövlət Qurumları , Qeyri dövlət qurumları ilə işlərin aparılması.
- Şirkətə gələn mal alış sənədlərinin (qaimələrinin), müştərilərdən köçürmə yolu ilə cari hesaba daxil olan ödəmələrin müvafiq qaydada yoxlanılıb müvafiq proqrama daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət etmək;

Vakansiyaya müraciət üçün CV-ləri “Baş Mühasib” mövzusu ilə azbakurecruitment@gmail.com e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 2021-05-17