Baş mühasib

Şirkət haqqında
Əmək haqqı
1500-1800

İş haqqında

Vəzifə öhdəlikləri:
- Mühasibat , vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar;
- Vergi orqanları ilə yazışmalar;
- Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi;
- E-Qaimə fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı;
- Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- E-portal proqramı ilə işləmək bacarığının olması;
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək;
- Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi;
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi;
- BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək.

Tələblər:
- Ali təhsilli olmalı (riyazi və ya iqtisadi sahə üzrə bitirənlərə üstünlük veriləcəkdir)
- Göstərilən sahə üzrə min. 3 il iş təcrübəsi
- MS Office və 1C proqramlarında mükəmməl işləmək bacarığı
- Vergi Məcəlləsini bilməli
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli
- Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti
- Azərbaycan dili biliyi (rus dili arzuolunandır)
- Ünsiyyət qura bilmə bacarığı

Əmək haqqı – 1500 - 1800 AZN.
AR Ə/M-nə uyğun sənədləşmə.
İş yeri : Azure Business Centerin yaxınlığında.
İş rejimi: 09:00-18:00.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Baş mühasib " yazaraq hr@tezibu.az ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 2021-06-05