Baş Mühasib

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

İş yeri: Xocalı pr. Demirchi Tower
İş vaxtı: I - V günlər, 08:00 - 17:00
Əmək haqqı: müsahibə əsasında

İŞİN TƏSVİRİ
- Mühasibat , vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar;
- Vergi orqanları ilə yazışmalar;
- Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi;
- E-Qaimə fakturalarının yazılmasına nəzarət, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı;
- Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Debitor və kreditorlara günlük nəzarət;
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- E-portal proqramı ilə işləmək bacarığının olması;
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək;
- Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi;
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi;
- BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək;
- Əmək haqqı, son haqq hesab, məzuniyyətin hesablanması;
- Gömrük ödənişləri və ona nəzarət;
- Gömrük ödəmələri ilə bağlı ədv avansının proqnozlaşdırılması və nəzarətdə saxlanması,

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR
− Ali təhsil;
− Azərbaycan və rus dillərində səlis danışmaq bacarığı, ingilis dili bilənlərə üstünlük verilir;
− Ofis proqramlarından (Excel, Outlook və s.), 1C (8.3) programından mükəmməl istifadə bacarığı;
− Müvafiq sahə üzrə minimum 3 - 5 il iş təcrübəsi mütləqdir;

Müraciət etmək istəyən əməkdaşlar, CV formanızı – hr@sienmar.com emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı yazılmalıdır.
*Sienmar Engineering – “Sigma Energy Marine FZE” AR Filialının əmtəə nişanıdır.

Son müraciət tarixi: 2021-06-08