Baş Mühasib

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Vakansiya: Baş Mühasib
Şirkət: Kənd təsərrüfatı sahəsi üzrə fəaliyyət göstərən şirkət

Tələblər:
- Ali iqtisadi təhsill (Maliyyə, Mühasibat uçotu və audit);
- 5 il baş mühasib təcrübəsi;
- 1C proqramı
- Yaş: 25-40

Vəzifə öhdəliklər:
- Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
- Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək;
- Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
- Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
- Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilmesi;
- Əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
- Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
- İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
- Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi

İş şəraiti:
Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq
- İş vaxtı: 09:00–dan 18:00 dək;
- İstirahət günləri: Şənbə və Bazar;

Müraciət etmək istəyən namizədlər CV-lərini Rashad@e-miras.az e-mail ünvanına mövzu hissəsinə “Baş Mühasib”qeyd edərək göndərə bilərsiniz.
Son müraciət tarixi: 2021-06-18