Baş mühasib

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
-İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
- Gündəlik və aylıq maliyyə hesabatlarınin tərtib edilməsi;
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Debitor və kreditor hesablaşmaların aparılması;
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və digər əməliyyatların aparılması;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- Vergi bəyannamələrini, e-qaimə, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.

Namizədə tələblər
- Ali təhsil (mühasibat uçotu, maliyyə);
- Vergi Məcəlləsini bilməli;
- 1C 8.2 və 8.3, BTP proqramları ilə sərbəst işləmək bacarığı;
- Müvafiq sahədə 2-3 ildən az olmayan iş təcrübəsi;
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
- Komandada işləmək bacarığı;
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (ingilis və ya rus dillərini bilənlərə üstünlük verilə bilər).

İş qrafiki:
- Həftədə 6 gün 09:00 - 18:00, şənbə 13:00
- Əmək bazarında rəqabətli əmək haqqı

Vakansiya ilə maraqlanan namizədlər öz CV-lərini “Baş mühasib” qeyd etməklə [email protected] e- mail ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Son müraciət tarixi: 2021-07-11