Baş Mühasib

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri
- Müəssisə tərəfindən həyata keçirilən bütün əməliyyatların mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu reyestrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir;
- Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsinin uçotunu təşkil edir;
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların verilən vaxt ərzində uçotunu, tələbat fonduna və digər ehtiyat fondlarına ayrılmaları uçotunu təşkil edir;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, əmtəə-mal qiymətlərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir;
- Pul və mal-material qiymətlərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak edir, lazımı hallarda müvafiq işlərin hüquq-mühafizə orqanlarına verilməsinə nəzarət edir. Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görür;

Tələb olunan göstəricilər:
- Maliyyə mühasibatlıq sahəsi üzrə ali təhsil;
- Mühasibatlıq sahəsində ən azı 5 illik iş təcrübəsi;
- Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilmək;
- Milli mühasibat uçotu standartlarını yüksək səviyyədə bilmək;
- İnkişaf etmiş rəhbərlik və təşkilatçılıq qabiliyyəti;
- Detallara qarşı diqqətlilik və məsuliyyətlilik;
- Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
- Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə Rus dili biliyi;
- MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
- Mühasibatlıq proqramında işləmək bacarıqları 1c (8.3).

İş şəraiti barədə məlumat:
- İş rejimi: həftənin I – V günləri saat 9:00-dan 18:00-dək.
- İş yeri: Bakı – Quba şossesinin 32-ci km-liyi.

Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını - “Baş Mühasib - AZPROPHARMA”, qeyd etməklə CV formalarını hr@asgroup.az e-mail ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 2021-07-16