Baş mühasib

Şirkət haqqında
Əmək haqqı
800-1200

İş haqqında

İcra edəcəyi iş:
- Maliyyə təsərrüfat fəaliyyətinin mühasibat uçotunun siyasətini, prosedurlarını və qaydalarını hazırlayır
- Bütün maliyyə təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil edir
- Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil edir.
- Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyyatlarının və hesab- fakturaların uçotunu təşkil edir
- Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsini təşkil edir

- İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsini təşkil edir
- Dövlət büdcəsinə məcburi ödəməli, vergi, dövlət sosial sığorta fonduna ayırmaları, digər rüsüm və ayırmaların ödənilməsini təşkil edir
- Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin edir
- Vergi sahəsilə bağlı əməliyyatlar- bütün vergi hesabatlarının göndərilməsi
- E-qaimə fakturalarının yazılması, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığ-Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturalarının yazılması
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi
- Daxili hesabatların hazırlanması və təqdim olunması
- Mühasibat, vergi uçotu və DSMF, statistika ilə bağlı əməliyyatlar
- ƏDV ilə yüksək səviyyədə işləmə bacarığı
- Bəyannamələrin hazırlanması və göndərilməsi
- Maliyyə hesabatlarının tərtib edilməsi
- Vergi orqanlarının daxil olan məktublarının nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
- E-portal proqramı ilə işləmək bacarığının olması
- Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi

Tələb olunan peşə - ixtisas səviyyəsi :
- Ali təhsil (Maliyyə və ya mühasibatlıq üzrə)
- Analoji sahə üzrə 5 il və ya daha çox iş təcrübəsi
- Excell ( peşəkar səviyyədə bilməli) və 1C proqramında işləmə bacarığı
- Vergi məcəlləsini bilməli
- Məsuliyyətli və işində dəqiq
- Komandada işləmək bacarığı
- İFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklər arzu olunandır.

İş şəraiti :
- İş rejimi: həftə içi 6 gün, 9:00-19:00 –dək
- AR ƏM əsasən rəsmiləşdirmə
- Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müsahibə əsasında təyin olunacaqdır(800 – 1200 AzN)
- İş yeri: : Bakı Nizami r-nu, Heydər Əliyev pr 115, Caspian Sport Plaza B korpus

Xahiş olunur namizənlər CV-sini Baş mühasib başlığı ilə hrmassi2@gmail.com ünvanına göndərsinlər.
Son müraciət tarixi: 2021-09-29