Baş Mühasib

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Şirkətin büdcə proqnozunun hazırlanmasında yaxından iştirak edir;
- Şirkətin strateji planını hazırlayarkən öz təkliflərini verir;
- Maliyyə hesabatlarını hazırlayır;
- Büdcəni araşdırır, büdcə planını hazırlayır və Baş Direktora təqdim edir;
- Bütün maliyyə əməliyyatlarının qanunvericiliyin tələblərinə və mühasibat uçotu standartlarına uyğun həyata keçirilməsini təmin edir;
- Tender və satış sənədlərini hazırlayır və müvafiq proseduralardan keçirir;
- Şirkətin sığortası, lisenziyası, müqavilələri, idxal və ixrac tələblərinin yerinə yetirilməsinə cavabdehlik daşıyır;
- Baş Direktora maliyyə strategiyası və onun şirkətin məqsədlərinə təsiri ilə bağlı məsləhətlər verir;
- Dövri olaraq şirkətin aktivlər, passivlər və kapitalına dair hesabatlar hazırlayıb Baş Direktora təqdim edir;
- Mütəmadi olaraq maliyyə hesabatlarını əldə edir,satış və gəlir hədəfləri,həmçinin proqnozların hesabatda olan rəqəmlərlə müqayisəsini aparır və təhlil edərək Baş Direktora təqdim edir;
- Satınalma proseduralarını hazırlayır və satınalma sisteminin monitorinqini həyata keçirir;
- Ödəniş proseduralarının düzgün yerinə yetirilməsinə nəzarət edir;
- Nağd pulun saxlanması proseduralarına nəzarət edir;
- Şöbələrin xərclərinə nəzarət edir və lazım gəldikdə düzəlişlər edilməsini tövsiyə edir;
- Əmək haqlarının vaxtında və düzgün ödənilməsinə nəzarət edir.
- Şirkətin aylıq və illik maliyyə hesabatlarının hazırlayır.

TƏLƏBLƏR:
- Mühasibatlıq və ya Maliyyə üzrə minimum magistr dərəcəsi;
- Müvafiq sahə üzrə 5 iş ildən çox təcrübəsi;
- Təşkilatçılıq və İdarəetmə bacarıqları;
- Yüksək analitik və riyazi bacarıqlar;
- Problem həll etmək bacarığı;
- Dil bilikləri: Azərbaycan – əla, Rus dili - əla; İngilis dili – üstünlük verilir;
- Qabaqcıl PC istifadəçisi.

Maraqlananlar CV-lərini vacancy@avromed.az elektron ünvanına 18.10.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Baş Mühasib” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.