Baş mühasib

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə: Baş mühasib
Struktur hissəsi: Mühasibatlıq
Birbaşa tabeçilik: Maliyyə Direktoru
Funksional tabeçilik: İdarə Heyətinin Sədri

MƏSULİYYƏT VƏ VƏZİFƏLƏR:
- Mühasibatın işinə rəhbərlik edir və cavabdehlik daşıyır.
- Mühasibat sənədlərinin tərtibatına və dövriyyəsini tam nəzarət edir və cavabdehlik daşıyır.
- Cəmiyyətin mühasibatlığına daxil olan hesabların ERP proqram məhsulunun bazasına daxil edilməsini təmin edir;
- Daxil olan hesablara əsasən ödəniş tapşırığının hazırlanmasını təmin edir;
- Satış müqavilələrinə əsasən müştərilərə hesab göndərilməsini təmin edir, müştərilər tərəfindən ödənişin həyata keçirilməsinə nəzarət edir;
- Bank əməliyyatlarının aparılmasını və ERP proqram məhsulunun bazasında həmin əməliyyatların qeydiyyatını təmin edir;
- Kredit əməliyyatlarının aparılmasını və ERP proqram məhsulunun bazasında həmin əməliyyatların qeydiyyatını təmin edir;
- Əsas vəsaitlərin hərəkətinin qeydiyyatının aparılmasını təmin edir;
- Malların mədaxil və məxaric qaimələrinin yazılmasına nəzarət edir;
- Kassa əməliyyatlarının qeydiyyatının aparılmasına nəzarət edir;
- Müvafiq müxabirləşmələrə nəzarət edir və cavabdehlik daşıyır.
- Müəssisənin mənfəət və zərərinin müəyyənləşdirir
- Aylıq və rüblük hesabatların, illik balansın tərtib edir və müvafiq dövlət orqanlarına təqdim edir.
- Mühasibatın işini təşkil edir və nəzarət edir;
- Dövlət orqanlarına təqdim ediləcək hesabatları hazırlayır və tələb olunan müddətlərdə aidiyyatı üzrə təqdim edir;
- Mühasibatın işçilərinin vəzifə öhdəliklərini müəyyənləşdirir və rəhbərlik ilə razılaşdırırır;
- Mühasibatın işçilərinin peşqəkarlıq qabiliyyətlərinin artırılması məqsədilə onların kurs və təlimlərə göndərilməsi ardıcıllığını müəyyənləşdirir və rəhbərlik ilə razhılaşdırılır;
- İşçilərin müəyyən olunmuş vaxtda əmək haqqlarını almasını təşkil edir, sosial və digər müavinətlərin alınmasına nəzarət və təşkil edir;
- Balans hesabları üzrə təqdim edilmiş aylıq dövriyyə cədvəllərinə nəzarət edir;
- Aylıq olaraq cəmiyyətin mənfəətini müəyyənlləşdirir;
- Öz fəaliyyətini “İşçilərin Təlimat Kitabçası”nın tələblərinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, müəssisənin sanitar-gigiyena, yanğından mühafizə norma və qaydalarına müvafiq şəkildə həyata keçirir.

Tələblər:
- Ali iqtisadi təhsili
- Azərbaycan, rus , ingilis dillərini tələb olunan səviyyədə bilmək;
- Mühasibat proqramlarını bilmək və kompüterdə işləmək bacarığı
- Mühasibatlıq üzrə ən azı 3 il staj

Fərdi keyfiyyətlər:
- Diqqətlilik
- Məsuliyyətlilik
- Təşkilatçılıq
- Səliqəlilik

Məşğulluq: Tam
E-mail: sidiqa.p@caspel.com
Son müraciət tarixi: 2021-10-22