Baş Mühasib

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Öhdəliklər:
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarəti
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin təşkili və nəzarəti
-, Əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir.
- Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edilməsi
- Tabeçiliyində olan işçilərin işinə firmanın strukturu və idarəetmə prinsiplərinə uyğun nəzarət etməlidir
- Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməlidir.
- İllik hesabatların audit tərəfindən yoxlanması üçün hazırlıqların görülməsi.
- Yerli mühasibat uçotu qanunvericiliyinə görə maliyyə hesabatlarının tərtib edilməsi (Balans və s.)
- Müəssisənin fəaliyyəti ilə bağlı Dövlət Qurumları , Qeyri dövlət qurumları ilə işləmlərin aparılması.
- Şirkətə gələn mal alış sənədlərinin (qaimələrinin), müştərilərdən köçürmə yolu ilə cari hesaba daxil olan ödəmələrin müvafiq qaydada yoxlanılıb müvafiq proqrama daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət etmək;
- Beynəlxalq mühasibat uçotuna uyğun hesablar planının tərtibi, İdarəetmə uçotunun qurulması.

Namizədə tələblər:
- İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə-kredit üzrə ali təhsil;
- 35-50 yaş həddi ,
- Minimum 10 il mühasibat, iqtisadiyyat, maliyyə, audit sahəsində, baş mühasib vəzifəsində azı 6- 7 il iş təcrübəsi
- Komputer bilikləri - MS office, 1C
- Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər
- Vergi Məcəlləsi üzrə mükəmməl biliklər
- Azərbaycan dili (Rus dili arzu olunandır.);

Ofis-şəhərin mərkəzində
6 günlük iş qrafikı, 9.00-18.00
Əmək haqqı – müsahibə nəticəsi əsasında müəyyənləşdirilir

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@taxibaku.az elektron ünvanına göndərsinlər.
Tel: 055 203 98 89

Son müraciət tarixi: 2021-11-03