Baş mühasib

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Vəzifə funksiyaları:
- Mühasibat komandası üzvlərinə iş bölgüsünün aparılması və nəzarət.
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili və 1C proqramında işlənməsinin təşkili.
- Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatların və hesabatların göndərilməsi.
- Mühasibat , vergi uçotu və DSMF, Statistika ilə bağlı Bank və kassa əməliyyatlarına nəzarət və təsdiq mexanizmlərinin qurulması.
- Məlumatları 1C proqramına işlənməsi və sənəd dövriyyəsinin adekvat təmin edilməsi.
- ƏDV əməliyyatlarının, habelə ƏDV Depozit hesabının uçotunun və əvəzləşmə hesablamalarının aparılması, gələn və gedən elektron qaimələrə nəzarət.
- Beynəlxalq Maliyyə Hesabtları Standartlarına (İFRS) uygun olaraq Aylıq balans, mənfəət zərər, nəğd vəsaitlərin hərəkəti hesabatlarının hazırlanıb təqdim edilməsi.

Vəzifəyə olan tələblər:
- Mühasibatlıq sahəsində ən azı 5 illik iş təcrübəsi (istehsal təcrübəsi üstünlukdür).
- Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilmək.
- Milli mühasibat uçotu, əmək məcəlləsini və beynəlxalq standartlarını yüksək səviyyədə bilmək.
- Mühasibatlıq proqramında işləmək bacarıqları (1C 8.3).

Səriştələr:
- Detallara qarşı diqqətlilik və məsuliyyətlilik.
- Yaxşı analitik bacarıqlar.
- Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları.

Əlavə məlumat:
- İş qrafiki: həftə içi 5 gün (saat 09:00-dan 18:00-dək).
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə.
- Əmək haqqı razılaşma əsasında.
- İş yeri : Sumqayıt şəhəri, Sülh küçəsi 76-cı məhəllə.
- Nahar və korporativ nömrə şirkət tərəfindən təmin edilir.

Ən son yenilənmiş CV-nizi “Baş mühasib” mövzusu ilə göndərə bilərsiniz.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır

Son müraciət tarixi: 2021.12.02