Baş mühasib

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Namizədə tələblər:
- Yaş: 25-35;
- Təcrübə: ƏDV ödəyicisi olan şirkətdə mühasib/baş mühasib kimi 2 il iş təcrübəsi;
- Təhsil: Ali (Maliyə, Mühasibat uçotu və audit);
- FMCG sahəsində təcrübə arzu olunandır
- Kompüter bacarıqları: Microsoft Offices (Word, Excel, PowerPoint);
-1C və digər oxşar mühasibatlıq proqramlarını bilmək;
- Vergi Məcəlləsini bilmək;
- Riyazi və analitik bacarıq;
- Məsuliyyət və işində dəqiqlik;
- Diqqətcil;
- Dürüstlük;
- Komandada işləmə bacarığı;
- Zəhmətkeş və bilikli əməkdaş axtarırıq.

Texniki Bacarıqlar:
- “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri
- Azərbaycan Respublikası Vergi Məcəlləsi, Əmək Məcəlləsi

İş barədə məlumat:
- Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılması;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
- Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparır;
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
- Vergi, DSMF, Statistika idarəsinə illik, rüblük/aylıq hesabatların hazırlanması
- Rəhbərliyin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək
- Ödənişləri nəzarətdə saxlamaq
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
- Aylıq daxili maliyyə hesabatlarının hazırlanması.
- Daxili təsərrüfat ehtiyatlarınının nəzarəti. Itkilərin və qeyri-istehsal xərclərinin aradan qaldırılması üçün tədbirləri həyata keçirir.
- Mühasibat uçotu sahəsində müasir texniki vasitələri və informasiya texnologiyalarını tətbiqini təmin etmək.
- Daxili nəzarət (audit)
- Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək
- Bütün Bank əməliyyatların icra edilməsi
- Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
- Məxfilik prinsiplərini pozmamaq.

İş şəraiti:
- iş qrafiki: 09:00-18:00
- əmək haqqı: müsahibə əsasında təyin olunur
- iş yeri: Xətai pr 40a

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində vəzifə adını qeyd edərək göndərə bilərlər.
Son müraciət tarixi: 2021.12.10