Baş mühasib

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Namizədə tələblər:
- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
- Baş mühasib kimi ən azı 3-5 il iş təcrübəsi;
- Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
- MS Office, 1C, BTP, EFP proqramlarını yüksək səviyyədə bilməli;
- ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli.

İş haqqında:
- Vergi, statistika və DSMF hesabatların hazırlanması;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
- Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.
- Çalışma qrafiki: Həftəiçi 5 gün, saat 09:00-18:00.

Çalışma yeri: Bölgələr. Yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini “Baş mühasib” başlığı ilə göndərə və ya www.azersunhr.com portalında vakansiyaya müraciət edə bilərlər.
Son tarix: 15 dekabr