Baş mühasib

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Vəzifə və öhdəliklər:
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış formada tərtib edilməsini təşkil etmək;
- Əsas vəsaitlərin müvafiq qaydada qeydiyyatının aparılmasına, amortizasiyası və təmir xərclərinə nəzarət edilməsi;
- Maliyyə təsərrüfat fəaliyyətinin mühasibat uçotunun siyasətini, prosedurlarını və qaydalarını hazırlayır;
- Bütün maliyyə təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil edir;
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
- Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsinin, maliyyə və kredit əməliyyatlarının uçotunu uçotunu təşkil edir;
- Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyyatlarının və hesab-fakturaların uçotunu təşkil edir;
- Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsini təşkil edir;
- İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsini təşkil edir;
- Dövlət büdcəsinə məcburi ödəməli, vergi, dövlət sosial sığorta fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsini təşkil edir;
- Vergi sahəsilə bağlı əməliyyatlar- bütün vergi hesabatlarının göndərilməsi;
- E-qaimə fakturalarının yazılması, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarıqları;
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
- Daxili hesabatların hazırlanması və təqdim olunması;
- Mühasibat, vergi uçotu və DSMF, statistika ilə bağlı əməliyyatlar;
- ƏDV ilə yüksək səviyyədə işləmə bacarığı;
- Bəyannamələrin hazırlanması və göndərilməsi;
- Maliyyə hesabatlarının hazırlanması (maliyyə vəziyyəti , mənfəət və zərərlər, pul vəsaitlərinin hərəkəti, kapitalda dəyişikliklər )
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- E-portal proqramı ilə işləmək bacarığının olması;
- Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi;

Namizədə tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir);
- Aidiyyətı sahədə 5 ildən artıq iş təcrübəsi;
- İngilis və Türk dillərində səlis danışıq;
- Punktual, diqqətcil və məsuliyyətli olmalı.

İş şərtləri:
- İş qrafiki: həftədə 5 gün, 08:00-17:00
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
- Nahar və servis şirkət hesabına;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Baş mühasib” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) göndərə bilərlər.
Son müraciət tarixi: 2021.12.15