Baş mühasib

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Tələblər:
- Ali təhsil(maliyyə və muhasibatlıq sahəsi üzrə);
- Microsoft Office proqramlarını bilmək;
- Kompüterdə sərbəst işləmək bacarığı (1C, Excel, Elektron Hökümət Portalı);
- Vergi, əmək qanunvericilikləri üzrə bilikləri olmalı;
- Analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə bilikləri olmalı;
- Balansın çıxarılması üzrə bilikləri olmalı;
- Yaş həddi: 35-45;

İş barədə:
- Vergi, Mühasibat uçotu, DSMF və Statistika ilə bağlı hesabatların hazırlanması;
- Bütün növ maliyyə hesabatların hazırlanması və müəyyən edilmiş müddət ərzində təqdim edilməsi;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
- Daxili mühasibatlıq sistemində köçürmələrin idarə edilməsi;
- Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilməsi;
- İş prosesində məlumatların məxfiliyinin saxlanılması;

CV göndərərkən mövzu qismində "Baş mühasib " sözünün yazılması mütləqdir.
Son müraciət tarixi : 2021-03-18