Baş mühasib

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzi̇fə Öhdəli̇kləri̇:
- Vergi orqanları ilə yazışmalar
- Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
- E-Qaimə fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.
- Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
- Gündəlik və aylıq maliyyə hesabatların tərtib edilməsi
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
- E-portal proqramı ilə işləmək bacarığının olması.
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
- Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
- BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
- Beynəlxalq mühasibatlıq standartlarına uyğun butun növ hesabatların hazırlanması.

Nami̇zədə Tələblər:
- Müvafiq vəzifə üzrə 3-5 ildən az olmayan iş təcrübəsi
- Yüksək analitik və mütəşəkkillik düşünmə qabiliyyəti;
- MS Office və 1C proqramlarında mükəmməl işləmək bacarığı
- Vergi Məcəlləsini bilməli,Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli
- İş günlərinin sayı 6 gün, şənbə günü qısaldılmış
- Komandada işləmək bacarığı
- Əmək haqqı: Razalaşma yolu ilə
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: 6 günlük

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur mövzu sətirində “Baş mühasib” qeyd edərək CV-lərini elektron poçt ünvanına göndərsinlər.
Son müraciət tarixi: 2 dekabr 2022