Baş mühəndis

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Namizədə tələblər:
- Təhsil: Ali təhsil (İnşaat mühəndisi, Mülki Tikinti mühəndisliyi, Mülki və Sənaye Tikintisi mühəndisliyi)
- Kompüter bilikləri: MS Office proqramları, Autocad
- Dil bilikləri: Azərbaycan dili; Digər dillər əlavə üstünlük hesab olunur.
- İş təcrübəsi: Müvafiq sahədə 5 ildən az olmayaraq iş stajı.

Vəzifə öhdəlikləri:
- Müəssisənin texniki siyasətini, inkişaf perspektivlərini və texniki cəhətdən yenidən qurulmasının müəyyən edilməsində iştirak edir.
- Tikinti obyektinin fəaliyyətinə texniki rəhbərliyi həyata keçirir;
- Yeni texnika və texnologiyanın işlənib hazırlanması və tətbiqini təşkil edir;
- Texniki sənədləşmənin vaxtında hazır olmasını təmin edir.
- Müəssisənin texniki xidmətinə rəhbərlik edir, onların işlərini, əmək və istehsalat intizamını nəzarət altında saxlayır.
- Layihələrin plan- smetaların və qrafiklərin düzgün tərtib edilməsini və onun əsasında bir neçə sayda tikinti layihələrinin fəaliyyətinə rəhbərliyi həyata keçirir;
- Tabeliyində olan struktur bölmələr və müəssisənin digər bölmələri ilə kordinasiyasının düzgün təşkil edir;
- Smetaya uyğun təchizat və tədarük proseslərinin dəqiq və keyfiyyətli təşkili üçün zəruri işlər edir;
- Texniki nəzarət və tikinti sahələrinin mühəndis heyəti vasitəsi ilə layihələrin texniki spesifikasiyalara uyğun plan qrafik əsasında həyata keçirilməsini təmin edir;
- Müəyyən edilmiş vaxt ərzində obyektlərin təhvil verilməsi planını və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin edir;
- Elmi texniki qərarların (tapşırıqların) tətbiq edilməsi üzrə işin vacibliyini müdafiə edir, sənədlərin patentləşməyə hazırlanması və lisenziya alınması işlərini təşkil edir.
- Tikinti norma və qaydalarının yerinə yetirilməsinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikasına rəhbərliyi həyata keçirir;
- Podrat müqavilələri üçün tender sənədlərinin hazırlanmasında iştirak edir;
- Layihə-smeta sənədlərinin vaxtında hazırlanmasına rəhbərlik edir.
- Təhvil veriləcək tikinti obyektlərinin keyfiyyət səviyyəsinin monitorinqi və yaxşılaşdırılması prosesinə rəhbərlik edir;
- Tənzimləmə orqanları ilə əməkdaşlıqda iştirak edir;
- Tikinti sahəsində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə rəhbərlik edir;
- Layihə dizaynı ilə bağlı texniki göstəriciləri müəyyən etmək məqsədi ilə materialların sertifikatlaşdırılmasını təmin edilməsində iştirak edir;
- Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına rəhbərlik edir;
- Birbaşa rəhbərinin nəzarəti altında problemləri aradan qaldırır, dəyişiklikləri planlaşdırır və idarə edir;
- Tədbirlərin keyfiyyətini və əldə edilən nəticələri monitorinq etmək, eləcə də dizayn şərtlərinə, təhlükəsizlik və sanitar standartlara uyğunluğu təmin etmək üçün layihənin həyata keçirildiyi ərazinin yoxlanılmasında iştirak edir;
- Texniki problemləri aşkar etmək məqsədi ilə texnoloji ardıcıllığı, ətraf mühit şəraitini araşdırmaq və layihənin potensial təsirini qiymətləndirmək prosesində iştirak edir;
- Mövcud standartlara əsasən keyfiyyətə təminat vermə prosesinə rəhbərlik edir;
- Mütəmadi olaraq nəticələr barədə hesabat verir və statistik məlumatları təqdim edir;
- Texniki işçilərə və menecerlərə dizayn, tikinti və ya proqramın dəyişdirilməsi və quraşdırma-təmir işləri ilə bağlı texniki məsləhətlər verir;
- Verilmiş müddət ərzində görülməli işlərin bölgüsünün aparılmasına və qrafik tərtib edilməsinə rəhbərlik edir:
- Razılaşdırılmış qrafik və plan ilə müqayisədə əldə edilən nəticələri qiymətləndirmək, qeydə almaq və təqdim etmək məqsədi ilə layihə-idarəetmə mexanizmləri həyata keçirilməsinə rəhbərlik edir;
- Layihənin iştirakçıları, müştəri və digər maraqlı tərəflər arasında razılaşdırılmış kommunikasiya proseslərinin həyata keçirilməsində iştirak edir;
- Müvafiq hüquqi və normativ standartları mütəmadi olaraq öyrənir, nəzərdən keçirir və onlara riayət edir;
- Layihənin texniki şərtlərə cavab verməsini təmin etmək məqsədi ilə gözlənilməz halların və problemlərin həll edilməsində iştirak edir;
- Tender təklifləri, tədbirlər, ətraf mühitə təsirlərin bəyan edilməsi, mülkiyyət və keçid yollarının təsviri kimi daxili və ictimai hesabatlar hazırlayır və təqdim edir;
- Görülən işlərə dair günlük, aylıq, illik hesabatlar hazırlayır;

Bilik və bacarıqlar:
- Tikintinin və onun sahələrinin iqtisadi və sosial inkişaf istiqamətlərini müəyyən edən dövlət qərar və qətnamələrini;
- Tikinti təşkilatının fəaliyyətinə dair müvafiq icra hakimiyyəti orqanlarının və aidiyyatlı təşkilatların əsasnamələrini, sərəncamlarını, əmrlərini və digər normativ hüquqi aktlarını;
- Sahənin və təşkilatın texniki və iqtisadi inkişaf perspektivlərini;
- Podrat müqavilələrin bağlanması və icrası qaydalarını, təşkilatın istehsal-təsərrüfat və maliyyə fəaliyyətinin planlarının işlənməsi və təsdiqi qaydalarını;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qayda və normaları.
- İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00

İş yerinin ünvanı: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 2-ci korpus
Əmək haqqı: təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “baş mühəndis" adını qeyd edərək göndərmələri xahiş olunur.

Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Son müraciət tarixi: 2021.12.15