Baş nəzarətçi

Şirkət haqqında
Əmək haqqı
600

İş haqqında

Vəzifələr:
- Tapşırılmış işlərin vaxtında və dürüstcəsinə yerinə yetirilməsinin təmin edilməsi;
- Tabeçiliyində olan işçilərin davamiyyətinə, davranış qaydalarına, iş qabiliyyətinə nəzarət edilməsi və qiymətləndirilməsi;
- Cəmiyyətin daxilində təhlükəsizliyə və daxili qaydaların əməl olunmasına nəzarəti təmin edilməsi;
- Əraziyə təhlükəsiz giriş və çıxışların təmin edilməsi;
- Ərazinin səliqəli saxlanılmasına nəzarət edilməsi;
- Kamera nəzarəti sisteminə ehtiyac olduqda nəzərdən keçirilməsi;
- Yuxarı rəhbərliyə vaxtında hesabatların təqdim edilməsi;
- Görülən işləri əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin təhlükəsizliyi qaydalarına uyğun olaraq aparılması.

Bilməlidir:
- İdarəetmənin əsaslarını;
- Mühafizə sisteminin işləmə mexanizmini;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının əsaslarını.

Tələblər:
- Məsuliyyətli, kollektivdə işləmə bacarığı;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Yaş: 27-40;
- Şəxsi avtomobilin olması üstünlükdür.

İş şəraiti:
- 6 günlük iş qrafiki;
- 30 gün məzuniyyət;
- Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi;
- Əmək haqqı 600 AZN NET;
- Yemək ödəniş şəklində təmin edilir.

Əlaqə:
Müraciət üçün CV formasını mövzu yerinə “Baş nəzarətçi” qeyd etməklə hr@novasagro.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 2021-05-12